Ermənilər yenə Naxçıvanı atəşə tutdu - Rəsmi

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Sozcu.info xəbər verir ki, bu barədə Müadfiə Nazirliyi məlumat yayıb.
Bildilirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Oxşar Xəbərlər

Xəbər lenti