"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib" - Nazir müavini

"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu əmr tam olaraq icra edilib".
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, avqustun 12-də Muğla "böhran mərkəzi"ndə keçirilən toplantıda rəsmi olaraq yanğınların tam söndürülməsi haqqında məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlər yanğınların söndürülməsi, soyudulması və ağacların kəsilməsinə nail olub. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".


Oxşar Xəbərlər

Xəbər lenti