Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.
Bu barədə Sozcu.info -ya onun həyat yoldaşı məlumat verib.
O bildirib ki, Heydər Əliyev Fondu Elnurun anası Zöhrə Hüseynovanın müraciətinə cavab verib:
“Fond tərəfindən Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı məsələ nəzarətdə saxlanılacaq. Zəruri olan bütün tədbirlər görüləcək. İnşallah, Elnur tez zamanda sağalar”.
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.


Oxşar Xəbərlər

Xəbər lenti