Gürcüstan səfiri Ukrayna XİN-ə çağırıldı

Gürcüstan səfiri eks-prezident Mixail Saakaşvilinin saxlanılma səbəbi ilə bağlı rəsmi informasiya almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Sozcu.info“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib.
“KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı rəsmi informasiyadan sonra Gürcüstan səfiri tutulmanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə Nikolenko qeyd edib


Oxşar Xəbərlər

Xəbər lenti