Prezident: “Haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik”

“O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur”.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, o vaxt belə fikirlər səslənirdi: torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları, onların uşaqları, nəvələri o yerləri görməyiblər. Sonra dedilər ki, onların hamısı qayıtmaq istəyir: 
“Bu, məni çox sevindirdi. Bu, bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.


Oxşar Xəbərlər

Xəbər lenti