Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Şuşa Bəyannaməsini unudanlara hədə kimi xəbərdarlıq -
Naxçıvandan İrana “iki qardaş” cavabı
Bu gün başlayan Azərbaycan-Türkiyə təlimləri bölgədəki bütün şər qüvvələrə və “qaynar başlar”a daha bir mesajdır...
Bu gün - oktyabrın 5-dən Azərbaycan və Türkiyənin növbəti birgə hərbi təlimləri başlayır. Kod adı “Sarsılmaz qardaşlıq - 2021" olan ortaq hərbi manevrlər Naxçıvanda keçiriləcək və 3 gün çəkəcək.
İki qardaş dövlətin budəfəki təlimləri cənub qonşumuz İranın sərhədimizdə bizə qarşı yersiz “əzələ nümayişi” fonunda xüsusil’ diqqət çəkir. Hansı “əzələ nümayişi”ni ki, Azərbaycan torpaqları, İranla ‘msərhəd bölgələrimiz işğal altında olduğu illərdə bircə dəfə də görmədik. Yəni rəsmi Tehran müsəlman torpaqlarını zəbt və viran qoymuş təcavüzkar Ermənistana bircə dəfə belə, göz ağartmadı.
Səbəblər barədə çox yazılıb. Əsas faktor, əlbəttə, o odur ki, İran heç vaxt Azərbaycanın tezliklə öz ərazilərini azad edib güclü, modern dövlətə çevrilməsini istəməyib, indi də istəmir. Çünki bunu özünün dövlət maraqları üçün təhlükə, təhdid sayır. Niyə sayır, o da qaranlıq deyil.
Ona görə də İran daim Ermənistanı Azərbaycana qarşı ayaqda saxlamağa çalışıb. Vətən müharibəsindən sonra da bu siyasət aşağı-yuxarı elə bir ciddi dəyişikliyə məruz qalmayıb. Sadəcə, ona bəzi korrektələr edilib. Üçüncü həftədir cənub sərhədimizdə davam edən təlimlər həmin korrektələrdən biridir.
Ancaq bunlar hamısı əbəs cəhdlərdir. Pislik həmişəki kimi yenə İranın özünə qalacaq. Azərbaycan cəmiyyətində onun onsuz da neqativ imici növbəti zərbə yeyəcək...
*****
“İran bizim tərəfdaşımızdır. Əminəm ki, iranlı tərəfdaşlarımız da bilirlər ki, Ermənistan heç vaxt İrana qarşı layihələrdə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər Ermənistan üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim həyatımızda əziz bir dövlətə çevrildiyini biz heç vaxt unutmayacağıq. Münasibətlərimizin təməli o qədər möhkəmdir ki, Ermənistan, sadəcə olaraq, anti-İran layihəsində iştirak edə bilməz”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan srağagün Litvaya səfəri çərçivəsində oradakı erməni icmasının nümayəndələri ilə görüşdə söyləyib. Bu açıqlamanın “tərcüməsi” həm də odur ki, vaxtilə İran Ermənistan üçün “nəfəslik”, xilaskar rolunda olmasaydı, Azərbaycan torpaqlarını işğalı bunca uzanmazdı. Paşinyan indi İran “İslam Respublikası”na da minnətdar olmasın, kimə minnətdar olsun ki? İşğalçı siyasətinə görə hələ də Ermənistanı dövlət kimi tanımayan Pakistan İslam Respublikasınamı?..
*****
Ermənistan və İranla sərhəddə növbəti Azərbaycan-Türkiyə birgə təlimlərinə gəlincə, irili-xırdalı bədxahlarımız unutmasınlar ki, bu hərbi manevrlər ilk növbədə 80-ci illərdən qalma dəmir yığıntıları ilə bizə “əzələ” göstərən İrana layiqli cavabdır. Ümumən qeyri-dost paytaxtların hamısına ortaq mesajdır ki, Şuşa Bəyannaməsini unutmasınlar. Hansı sənəddə ki, açıq mətnlə vurğulanıb: Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycan hücum sayılacaq.
Qoy kimsə də xam xəyallara düşüb, Azərbaycana “xox” gələcəyini zənn eləməsin. Hər şey qırağa, bu gün İran adlı dövlətin varlığı Azərbaycandan daha çox asılıdır, nəinki əksinə. Təkcə Günay amilini yada salmaq yetər. Bu mənada məsləhətdir ki, “şüşəli otaq”da oturanlar cəsarətə gəlib Azərbaycana daş atmazdan, hədə gəlməzdən öncə iki dəfə düşünsünlər. Bayırda XXİ əsrdir.
Söz yox ki, Azərbaycan və Türkiyə sülhpərvər ölkələr olaraq, bütün qonşularla hətta Ermənistanla da normal münasibətlər qurmaqda maraqlıdır. “Üçlük”, “Beşlik”, “Altılıq” əməkdaşlıq formatlarını təklif edən də nə Tehrandır, nə də İrəvan və ya Moskva. Təşəbbüs Azərbaycan və Türkiyə liderlərinə məxsusdur. Bunun üçün tələb edilən tək şey - region ölkələrinin bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət eləməsidir.
Rəsmi Tehran da sözdə bunu deyir, amma əməldə Ermənistanı sülhə deyil, revanşizmə şirnikləndirir, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvana heç bir təzyiq göstərmir. Əksinə. Halbuki bölgədə dinc-yanaşı mövcudluq, qarşılıqlı əməkdaşlıq və inteqrasiya əslində ən çox sanksiyalardan əziyyət İrana və blokadada inləyən Ermənistana lazımdır. Di gəl, Ermənistan öz xəbis xislətinə sadiq qalaraq, Bakı ilə Tehran arasında gərginlik, konflikt yaranması üçün əlindən gələni edir.
İnteqrasiyaya, əməkdaşlığa deyil, düşmənçiliyə və dezinteqarsiyaya hesablanmış bu siyasət də iflasa məhkumdur. Çünki Xeyir gec də olsa Şərə, Şeytana qalib gəlir. Bəzən böyük itkilər hesabına da olsa...
*****
“İrəvanın Tehrandan istifadə etmək cəhdləri, iranlıların ermənilərin əvəzinə əllərini ocağa soxub ”şabalıdları" çıxaracaqları, az qala, Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başlayacağı, sadəcə, xülyadır".
Cia.az-ın məlumatına görə, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko özünün Fcebook səhifəsində yazıb.
“Tehranda ağılsız adamlar oturmayıb. Orada heç kim erməni maraqlarına xidmət etməyəcək, xüsusilə də bu istək və arzular riskli olacağı təqdirdə. Mən İranda olmuşam və İranın aparıcı ”beyin mərkəzləri"nin, o cümlədən Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu üçün işləyən “beyin mərkəzləri”nin iş prinsipləri ilə yaxından tanışam. Odur ki, nə dediyimi bilirəm", - ekspert qeyd edib.
Bununla belə, belə görünür ki, İran və Ermənistan bölgədə daimi və ədalətli sülhü əngəlləmək üçün son ana qədər əllərindən gələni edəcəklər. Paşinyanın Litvada erməni icması ilə görüşdə bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu, o biri yandan isə “artsax ermənilərinin təhlükəsiz mövcudluğu, o cümlədən onların öz müqəddəratını təyin etmişi bizim üçün prioritetdir” söyləməsi bir daha İrəvanın bəd niyyətini ortaya qoyur.
Təbii ki, İrəvanın və onun havadarlarının bu və digər iddialarının, vurnuxmalar və məkrli planların hamısının dərhal və adekvat cavabları olacaq. İlham Əliyevin srağagün Suqovuşanda (Tərtər) bir daha vurğuladığı kimi, “Dəmir yumruq” heç yerə getməyib, öz yerindədir!..
Oxşar Xəbərlər
Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir” - O CÜMLƏDƏN MOSKVA ...
Dost-dosta tən gərək...” -
Ermənistan üçün çalınan
"PAKİSTAN AZƏRBAYCANA GÖRƏ İRANA XƏBƏRDARLIQ EDİB" - "Elə etməyin ki..."
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma