Polad Həşimovun doğum günüdür
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Xankəndidə bayram atəşfəşanlığı
FOTO
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
“At ili” nələr vəd edir?
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“MTN işi”: “67 gün MTN-də qohumlarımın 3 milyon dolları yığmasını gözlədim”
Səhiyyə sahəsinə və kənd təsərrüfatına ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub
Noyabrın 16-da Milli Məclisin plenar iclası keçirildi. İclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdi.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur. Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 34,5 faizinə bərabərdir. Cari ildə olduğu kimi, növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib. Eyni zamanda Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, eyni zamanda dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün prioritet istiqamət kimi 4 milyard 990 milyon manat vəsait ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 15 faizinə bərabərdir.
Qeyd olunub ki, həmin ərazilərdə hüquq-mühafizə orqanlarının xidmətlərinin təşkili və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinin maliyyə təminatının yaradılması üçün dövlət büdcəsində müvafiq olaraq əməyin ödənişi fondu xərcləri növbəti ildə 761 milyon manat və yaxud 26,4 faiz artırılıb.
Digər prioritet xərc istiqaməti kimi xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiənin təmin edilməsi xərclərinin dayandığı bildirilib. 2022-ci ildə sosialyönümlü xərclər cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5 faiz artırılaraq 13 milyard 851 milyon manata çatdırılacaq. Beləliklə də onların büdcədə xüsusi çəkisi 46,4 faiz olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib.
2022-ci ildə səhiyyə sahəsinə 1 milyard 789 milyon manat vəsait ayrılacaq ki, bu da cari illə müqayisədə 119 milyon manatdan çoxdur. Nazir bunun da əsas hissəsinin icbari tibbi sığorta ilə bağlı dövlətin öhdəliklərinin yerinə yetirilməsinə sərf ediləcəyini bildirdi.
Kənd təsərrüfatına ayrılan vəsaitin də əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Gələn il “Azəristiliktəchüzat” və Bakı Metropoliteninə subsidiya ayrılacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov hazırda Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə daxil olduğunu vurğulayaraq bildirdi ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu strateji dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, Azərbaycanda cari ildə pul bazası artıb, hərraclarda təklif edilən valyuta həcmində ilin sonuna qədər artım gözlənilir. E.Rüstəmov dünya bazarındakı qiymət artımından da bəhs edib və bahalaşmanın qlobal xarakterli olduğunu vurğulayıb. Qeyd edib ki, bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, quraqlığın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib: “İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Biz hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanın hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır”.
E.Rüstəmov dedi ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır:
“Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir”.
Baş bankir dedi ki, cari ildə Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollara çatıb. “Milli malyutanın məzənnəsi ilin əvvəlindən sabitdir. İlin əvvəlindən manat möhkəmlənmə həddində olub. Cari ildə pul bazası 7,3 faiz artıb”, E.Rüstəmov əlavə edib. Bank rəhbərinin sözlərinə görə, son iki ildə vaxtı keçmiş kreditlərin həcmi 10 faizdən 5 faizədək azalıb ki, bunun da əsas səbəbi hökumətin gördüyü tədbirlər, dəstək proqramlarıdır.
Daha sonra deputatlar büdcə zərfinə münasibət bildirdilər.
Komitə sədri Əhliman Əmiraslanov dedi ki, insanları narahat edən məsələ yüksək maliyyə tutumlu tibbi xidmətlərdə böyük növbələrin olmasıdır: “Bəzən xəstələr gözləyir, heç ömür vəfa etmir ki, onlar tibbi xidmətin imkanlarından yararlansınlar”. Ə.Əmiraslanov vaxtilə bəzi tibb mərkəzləri üçün alınmış avadanlıqların da öz ömrünü başa vurduğunu deyərək, bu istiqamətdə zəruri addımlar atmağa çağırdı.
Deputat Sahib Alıyevin sözlərinə görə, ilk dəfədir büdcənin çox böyük hissəsi sosial xərclərə yönəldilir ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyard manat çoxdur.
Deputat Azər Badamov Qusar rayon stadionunun bərbad vəziyyətdə olmasından şikayətləndi və hökuməti tədbirlər görməyə səslədi.
Deputat Əli Məsimli məmurların illik inflyasiya ilə bağlı proqnozlarından bəhs etdi. Bildirdi ki, rəsmi məlumata əsasən, 6,3 faizlik inflyasiya ehtimal olunur. Ardınca deputat sual etdi: “Bəs məmur sahibkarlığı və monopoliyası nəticəsində yaranan inflyasiyanın həcmi nə qədər olacaq?” Ə.Məsimli sualını özü cavablandırdı: “Hər il orta hesabla məmur sahibkarlığından 4-5 faizlik inflyasiya yaranır. Hər bir faizə görə isə əhaliyə 1 milyard zərər dəyir. Deməli, monopoliyadan əhaliyə 5 milyarda yaxın ziyan dəyəcək. Məmur törətdiyi məmur sahibkarlığının Azərbaycana qarşı vurduğu minimum 2 milyardlıq ziyanın aradan qaldırılması mümkündür, monopoliyanı aradan qaldırmaqla. Həmin vəsaiti monopolların ciblərinə deyil, əhalinin cibinə yönəltmək mümkündür”.
Deputat Elman Nəsirov Cəlilabadın İranla sərhəd bölgəsindəki kəndlərin sürətlə boşaldığını söylədi: “Cəlilabadın kəndləri sürətlə boşalır. O kəndliləri heç kim köçürmür, onlar özləri köçürlər, Cəlilabada, Bakıya. Kəndlərimiz boşalır. İranla sərhəddəki kəndlərin boşalmasına imkan vermək olmaz! O kəndlərə xüsusi diqqət ayrılmalıdır”. Deputat qeyd etdi ki, rayonun bəzi yolları da çox pis vəziyyətdədir: “Bakıdan Cəlilabada 2 saata gedirsən, Cəlilabaddan həmin kəndlərə 2-3 saata çatmaq olur. Yayda tarlada bir kəndlini ilan sancanda rayon mərkəzindəki xəstəxanaya çatdırmaq olmur”.
Deputat Razi Nurullayev dedi ki, ona vətəndaşlar pensiyaların kəsilməsi ilə bağlı yüzlərlə sual ünvanlayıb: “2018-ci ilin əvvəlindən 2021-ci ilin uyuluna qədər 211 min 151 nəfərin pensiyası kəsilib. Indi bu rəqəm daha böyükdür. Nə qədər bərpa olunub bilmirəm. Gördüyümüz odur ki, əsasən 200-300 manata qədər alanların pensyası kəsilib. Bəs görəsən, yüksək məbləğli pensiya alanlar içərisində bu rəqəm nə qədərdir? Elə adam var aylıq 1000, 2000, 5000, 10000 azn alır. Təbii ki, mən onların pensiyasının kəsilməsini tələb etmirəm, rəqəmi bilmək istəyirəm ki, bu, yalnız kiçik məbləğ alanlara tətbiq edilib, yoxsa bərabər olaraq hər kəsə”.
Deputat Vahid Əhmədov öncə büdcə zərfinin yüksək peşəkarlıqla hazırlandığını söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin göstərişi ilə büdcənin sosial faizi 46 faizə çatdırılıb, bu da təqdirolunan haldır. Millət vəkili qeyri-neft sektorunun inkişaf etdiyini, ölkədə sənaye və aqroparkların yaradılması nəticəsində buna nail olunduğunu da vurğuladı.
Ancaq V.Əhmədov kənd təsərrüfatı sahəsindəki problemlərə də diqqət çəkdi. “Biz kənardan kifayət qədər ərzaq məhsullarını idxal edərkən həm də inflyasiya və qiymət artımı idxal edirik”, deyən deputat yerli sahibkarlara, kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlara çox ciddi güzəştlər etməyə, faizsiz və girovsuz kreditlər verməyə çağırdı. Həmçinin rəqabət mühitinin yaradılması üçün ölkədə Rəqabət Məcəlləsini qəbul etməyə çağırdı: “Baş nazirin burada olmasından istifadə edərək xahiş edirəm ki, Rəqabət Məcəlləsinin Milli Məclisə göndərilməsini təmin etsin”.
Komitə sədri Musa Quliyev 2022-ci ilin dövlət büdcəsi zərfinin yüksək peşəkarlıqla hazırlandığını və ona səs verəcəyini söylədi. Ardınca seçicilərini narahat edən məsələləri də hökumət üzvlərinin diqqətinə çatdırdı: “Bizə müraciət edən hər on seçicidən 8-i iş yerləri ilə bağlı müraciət ünvanlayır. Ən ciddi problem məhz iş yerləri ilə bağlıdır. Gəncə şəhəri Azərbaycanın ikinci böyük şəhəridir. Çox təəssüf ki, sovet dövründə yaradılmış geniş sənaye infrostrukturu 90-cı illərdə dağıdıldı, sonra da bərpa edilmədi. Yaxşı iş yeri yarada bilsək, yüksək maaş verə bilsək, sosial tədbirlərə də ehtiyac olmayacaq”.
Komitə sədri Zahid Oruc Milli Məclisləki büdcə müzakirələrində çıxış edərkən dedi ki, hökumətlə birgə büdcə müzakirələrinin aparıldığı bir zamanda Azərbaycan Ordusu Ermənistanla 500 kilometrdən artıq yeni sərhədlər boyunca milli təhlükəsizliyimizi möhkəmləndirən tədbirlər həyata keçirir. Komitə rəhbəri bildirdi ki, ilk növbədə, Ali Maliyyə sənədində Qarabağ münaqişəsinin başa çatdığı müddəasının təsdiqi olaraq Xankəndi və digər şəhərlərin sənəddə əks olunması vacibdir. Z.Oruc əlavə etdi ki, hökumət azad torpaqlarda Qafqazın Harvardı sayıla biləcək müasir bir universitetin yaradılmasını elan edə və istifadəyə verilən modern hava limanlarının-müasir insfrastrukturun imkanları çərçivəsində belə bir ali təhsil ocağının qurulmasına indidən başlaya bilər: “Biz Qarabağı elm məkanına çevirə bilsək, orada Şuşa qədər güclü qalalar qurduğumuza əmin ola bilərik!”
Deputat Musa Qasımlı seçicilərinin problemlərindən bəhs etdi:
“Seçildiyim 72 saylı Yardımlı-Masallı seçki dairəsi kəndlərinə təbii qaz çəkilişi, elektrik enerjisi təminatı məsələlərinin həllinə imkan daxilində büdcədə diqqət yetirilməsini xahiş edirəm. Kəndlərin kəsintisiz internet təminatı, rabitə-poçt xidmətləri ilə təmin olunmasına ehtiyac var. Bəzi kəndlərdə poçt şöbələrinin ləğvi barədə seçicilərimin müraciətinin diqqətə saxlanılmasın xahiş edirəm. 25 kilometr aralıda yerləşən bir kənddən digər kəndə gəlib poçt bağlamasını vətəndaş necə apara bilər?”
Müzakirələr 17 noyabrda davam etdiriləcək.
Oxşar Xəbərlər
Samir Şərifov: “2022-ci il yanvarın 1-dən 1 milyard 440 milyon manat...”
Qarabağın qurulmasına 2,2 milyard manat ayrılacaq - Maliyyə nazirindən AÇIQLAMA
RƏSMİ! Bu şəxslərin maaşı artırılacaq - Nazir AÇIQLADI
Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı
Xəbər lenti
Polad Həşimovun doğum günüdür
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bakıda gənc qız dəm qazından öldü - FOTO
Sürücülərin nəzərinə!
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Kişilərə qətiyyən bu yeni il hədiyyələrini almayın
Xankəndidə bayram atəşfəşanlığı
FOTO
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Şəmkirdə şəhər meydanında yolka yandı -
FOTO
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
Qar yağacaq, yollar buz bağlayacaq -
XƏBƏRDARLIQ
“At ili” nələr vəd edir?
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik:
ABŞ işə qarışır
"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
FHN hava şəraiti və təhlükəsizlik ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər
Bu ailələrə şad xəbər -
Hər birinə 200 manat ödənildi
Parlament tətilə getdi
Yeni il günü Bakıya qar yağacaq? -
PROQNOZ
Nəriman Həsənzadənin SON DURUMU
SON DƏQİQƏ:
Pensiyalar ARTDI, gələn il 1 milyondan çox vətəndaş…
Qaz limiti bu tarixdə sıfırlanacaq -
RƏSMİ
Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış -
100-200 min manat
Başçısız qalan Nəsimi rayonunda "vandal söküntü" terroru davam edir -
VİDEO
Türkiyə şirması raşizmin xidmətində
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Azadlıq Mübarizəsindən Rəsmi Dövlət Bayramına Gedən Yol
Dünya Azərbaycanlılarının Həmrəyliyi Siyasətinin Tərkibində Türk Dünyasının Sarsılmaz Birliyi: “Bir Millət, İki Dövlət” Strategiyası
Vətən Müharibəsi: Milli Həmrəyliyin Şanlı Zəfər Sınağı və Birliyin Gücü
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Mədəni İrs və Vətənpərvər Gənc Nəslin Diaspor Fəaliyyətindəki Rolu
Azərbaycan: Dünyadakı Bütün Soydaşlarımızın Güvən Yeri və Müqəddəs Milli Evi
Biraylıq icra başçısı olan Elxan İbrahimov kimdir?
Bu media subyektləri ilk dəfə 5 min manat dəstək alacaq -
FOTO
Prezident İlham Əliyev bu sazişi təsdiqlədi
"Aygün Kazımovaya dediyim söz yadıma düşəndə ölürəm" -
Röya Ayxan
Gələn ildən bu şəxslər də vergi ödəyəcək
PRİZMA
Türkiyə şirması raşizmin xidmətində
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Sürücülərin nəzərinə!
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"