“NATO daha Şərqə doğru irəliləməməlidir” - Putin

“NATO daha Şərqə doğru irəliləməməlidir”.
Bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.
“Biz ölkəmizin təhlükəsizliyinin necə təmin olunmasını anlamalıyıq. Ona görə də, biz bir başa sualı qoyduq. NATO-nun Şərqə doğru heç bir irəliləməsi olmamalıdır. Top onların tərəfindədir. İndi onlar bizə nəsə cavab verməlidirlər. Bununla bağlı qeyd etmək istəyirəm ki, ümumilikdə müsbət reaksiya görürük. Amerikalı tərəfdaşlarımız bizə danışıqlara gələn ilin əvvəlində Cenevrədə başlamağa hazır olduqlarını bildiriblər. Hər iki tərəfdən danışıqlarda iştirak etmək üçün nümayəndə təyin olunub. Ümid edirəm ki, vəziyyətin inkişafı məhz bu yolla gedəcək”,- deyə Putin vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti