Ehtiyatda olan mayor: “Azərbaycan ordusunda olan ruh yüksəkliyi heç bir fərdin çirkin əməli ilə sarsıla bilməz”

 

Son illər Azərbaycan ordusunda olan ruh yüksəkliyi heç bir fərdin çirkin əməli ilə sarsıla bilməz. Bunu "Report"a ehtiyatda olan mayor Hüseynəli Səlimov bildirib. 

O qeyd edib ki, Azərbaycan multikultural və çoxmillətli dövlətdir, ordumuzda xidmət göstərən şəxslərin hamısı milliyyətindən asılı olmayaraq bir vətən üçün çalışır: "Vətən üçün xidmət edənlər və canından keçənlər bu torpağın övladlarıdır. Əfsuslar olsun ki, bizləri içimizdən parçalamaq istəyən bəzi ünsürlər hələ də öz çirkin əməllərindən əl çəkmillər. Ordumuzun uğurlarını ləkələmək, səngərdə düşmənlə ölüm-dirim mübarizəsi aparan Azərbaycan əsgərinin zəhmətini bilərəkdən tapdalamaq istəyirlər. Bəziləri sifarişlə işləyərək təxribatçı məqalələrə görə minlərlə avro alırlar. Bunlar nə vaxtdan Vətən sevən olub? Bu şəxslər Vətəni üçün nə ediblər? Hərbi xidmətdə günlərini sayıb tez qaçan, silahı əlinə götürməyə qorxan bir antimilli satqın ünsurdən nə gözləmək olar?!”.

Mayor Səlimov vurğulayıb ki, ötən ilin aprel ayında baş verən döyüşlər bir daha Azərbaycan ordusunun rəşadətinin göstəricisi oldu: "Ordumuz bütün dünyaya bir daha nümayiş etdirdi ki, öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Bu gün gənclərimiz Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.” 

O bildirib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verir: "Ali Baş Komandanımız öz çıxışında "Biz Ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, ordumuzun uğurlarına kölgə salsın” sözlərini vurğulayıb. Hər bir Vətən övladının da borcu ordumuza dəstək olmaq və ona güvənməkdir”.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti