Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Putin NATO-nu nüvə savaşı ilə hədələdi: “Bu döyüşün qalibi olmayacaq”
“Biz yaxşı bilirik ki, cənab Prezident (Makron) Rusiyaya ilk növbədə Avropa və qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı aktual məsələləri müzakirə etmək üçün gəlib”.
Sozcu.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ötən gün fransalı həmkarı Emmanuel Makron ilə Moskvada baş tutan və beş saatdan çox davam edən görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib.
O, görüşü “mənalı və faydalı” adlandırıb və danışıqlar zamanı Rusiyanın ABŞ-dan və NATO-dan tələb etdiyi təhlükəsizlik təminatları məsələlərinin də müzakirə olunduğunu bildirib.
Putinin sözlərinə görə, dünənki görüşün əsas mövzusu, təbii ki, Ukrayna məsələsi olub. O, Makrona Kiyevin Minsk razılaşmalarına əməl etməkdən imtina yolunu tutduğunu bildirdiyini deyib: “Əlbəttə, mən öz tərəfimdən Prezidentin diqqətini hazırkı Kiyev hakimiyyətinin zirvə görüşlərində əldə olunanlar da daxil olmaqla, Normandiya formatında Minsk tədbirlər paketi və sazişləri çərçivəsində öhdəliklərə əməl etmək istəməməsinə cəlb etdim”.
Rusiya Prezidenti bildirib ki, Kiyev Minsk razılaşmalarının ləğvinə yönəlik addımlar atmağa çalışır: “Konstitusiya islahatları, amnistiya, yerli seçkilər, Donbasısn xüsusi statusunun hüquqi aspektləri kimi fundamental məsələlərdə irəliləyiş yoxdur. İndiyə qədər, ən azı mütəxəssislər arasında məşhur olan Ştaynmayer düsturu Ukrayna qanunvericiliyində təsbit edilməmiş qalır”.
Bununla yanaşı, Putin Minsk razılaşmalarına alternativin olmadığını da vurğulayıb: “Bir daha təkrar edirəm, Kiyevdə deyirlər ki, ya əməl edəcəklər, ya da deyirlər ki, bu, onların ölkəsini məhv edəcək. Hazırkı prezident bu yaxınlarda bəyan etdi ki, bu, Minsk razılaşmalarındakı bir sıra məqamı bəyənmir. Yaxşı, bəyən - bəyənmə, səbr et, gözəlim. Onu yerinə yetirmək lazımdır, başqa cür alınmayacaq”.
Putin onu da bildirib ki, Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko hələ hakimiyyətdə olarkən Rusiya ona hər hansı çətinliklə üzləşsə, siyasi sığınacaq təklif edib və indi də buna hazırdır. “Bu gün Donbassda nizamlanma məsələsində ciddi fikir ayrılıqlarımıza baxmayaraq, mən öz təklifimi indi də təsdiq etmək istəyirəm və düşünürəm ki, (Poroşenko) bu istiqamətdə çoxlu səhvlərə yol verib, amma yenə də onun dövlət cinayətkarı kimi təqib olunması, fikrimcə, həm də bugünkü rəhbərliyin öz uğuru üçün vəziyyəti həddindən artıq şişirtməsidir. Biz Rusiyada cənab Poroşenko kimi insanlara sığınacaq verməyə hazırıq”, - deyə Putin bildirib.
NATO strategiyasından danışan Putin xatırladıb ki, Rusiya bu strategiyada düşmən kimi göstərilib: “Moskvanı hələ də NATO-nun sırf müdafiə ittifaqı olması arqumenti ilə sakitləşdirməyə çalışırlar, lakin bir çox ölkələrin vətəndaşları bunun nə qədər doğru olduğunu öz təcrübələrindən görüblər”, - deyə Putin İraq, Liviya və Əfqanıstanı misal göstərib.
Prezident həmçinin bildirib ki, Rusiya üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO ilə dialoq bitməyib. Onun sözlərinə görə, NATO-nun yayılmaması, Rusiya sərhədləri yaxınlığında zərbə sistemlərinin yerləşdirilməməsi, NATO infrastrukturunun 1997-ci ilə qədər qaytarılması kimi bütün əsas məsələlər üzrə dövlətlərin cavabında heç bir konkretlik yoxdur. Onlar bu nöqtələrdən "sadəcə yan keçiblər."
Rusiya lideri həmçinin xatırladıb ki, NATO üzvləri Ukraynaya silah tədarükünü davam etdirirlər: “NATO-ya üzv ölkələrin özlərinin müşayiəti ilə onlar Ukraynanı müasir silah növləri ilə doldurmağa davam edir, Ukrayna ordusunun modernləşdirilməsi üçün əhəmiyyətli miqdarda maliyyə vəsaiti ayırırlar. Hərbi mütəxəssislər və təlimatçılar göndərirlər”, - deyə o, Makronla bu məsələni də müzakirə etdiklərini vurğulayıb.
NATO-nun Şərqdə yeni üzvlər vasitəsilə genişlənməsinin qəti əleyhinə olduğularını bildirən Rusiya prezidenti narahatlıqlarını belə ifadə edib:
“NATO-nun sərhədlərimizə daha da yayılması bizim üçün ümumi təhlükə yaradır. Biz NATO-ya tərəf yox, NATO bizə doğru irəliləyir. Ona görə də Rusiyanın aqressiv olduğunu söyləmək ən azı sağlam məntiqə uyğun gəlmir”, - deyən Putin xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya qəbulu Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə təhlükəsi ilə nəticələnəcək və bu, Kiyevin Krımı hərbi yolla geri almaq cəhdlərinə imkan verməyəcək.
“Ukraynanın (NATO-ya) mümkün qəbulu niyə bu qədər təhlükəlidir? Bir problem var: Avropa ölkələri, o cümlədən Fransa hesab edir ki, Krım, məsələn, Ukraynadır, biz isə onun Rusiya Federasiyasının bir hissəsi olduğuna inanırıq. Və bu vəziyyəti hərbi yolla dəyişməyə cəhdlər edilərsə və Ukraynanın doktrina sənədlərində qeyd edilir ki, a) Rusiya düşməndir, b) Krımı hərbi yolla qaytarmaq olar. Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür və beşinci maddə ləğv edilməyib, əksinə, cənab Bayden bu yaxınlarda beşinci maddənin mütləq imperativ olduğunu və yerinə yetiriləcəyini bildirib. Deməli, Rusiya ilə NATO arasında hərbi qarşıdurma olacaq... biz NATO ilə döyüşəcəyik?”.
Dövlət başçısı xəbərdarlıq edib ki, Avropa ölkələri belə vəziyyətdə avtomatik olaraq qaliblərin olmayacağı müharibəyə cəlb olunacaq.
Putin istisna etmir ki, NATO və Rusiyanın potensialları müqayisəedilməzdir: “Biz bunu başa düşürük. Amma biz onu da başa düşürük ki, Rusiya aparıcı nüvə dövlətlərindən biridir. Bəzi komponentlərə görə, müasirliyə görə biz hətta çoxlarını qabaqlayırıq. Bu döyüşüm qalibləri olmayacaq. Və siz öz iradənizin əksinə olaraq özünüzü bu münaqişəyə cəlb edəcəksiniz. Roma müqaviləsinin beşinci bəndini yerinə yetirmədiyiniz üçün gözünüzü qırpmağa belə vaxtınız olmayacaq. Cənab prezident təbii ki, bu inkişafı istəmir. Mən də istəmirəm. Ona görə də Makron buradadır və ardıcıl olaraq altı saat mənə suallar, zəmanətlər və həll yolları ilə əlaqədar əzab verir”, - Putin bildirib.
Putin əlavə edib ki, bunu nəcib missiya hesab edir və belə bir səy göstərdiyi üçün Makrona minnətdardır.
“Biz öz tərəfimizdən hamıya uyğun olan bu kompromisləri tapmaq üçün hər şeyi edəcəyik”, - deyəb Putin Fransa prezidenti Emmanuel Makrona Rusiya ilə NATO arasında münasibətlərin nizamlanması, təhlükəsizliyin təmin edilməsi və sabitlik mühitinin yaradılması və Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
“Biz artıq Parisdə toplaşmışıq və indi bilirəm ki, hər bir dövlət başçısının, xüsusən də Avropanın böyük dövlətinin yaşadığı problemlərə baxmayaraq, cənab prezident hələ də necə davranmalı olduğumuz barədə fikir mübadiləsini daha da irəli daşımaq üçün Rusiyaya gəlməyi zəruri hesab edir”, - deyə Putin bildirib.
O qeyd edib ki, Makronun bir sıra ideyaları Ukraynada gələcək addımlar üçün əsas ola bilər: "Gözləyək, görək cənab prezidentin Kiyevdəki görüşü necə keçəcək? Biz razılaşdıq ki, onun Ukraynanın paytaxtına səfərindən sonra yenə də bir-birimizə zəng edib bu məsələ ilə bağlı fikir mübadiləsi aparaq", - deyə Putin fikrini yekunlaşdırıb.
Oxşar Xəbərlər
Putinlə Makron telefonla danışdı
"Putinlə Makron Qarabağla bağlı razılığa gəlib, yaxın günlərdə çıxış edəcəklər"
"Makrona dedim ki, qardaşım İlham Əliyev də.." - Ərdoğan
MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək