"Azərbaycanlılar son 24 saatda 3,5 ton yardım toplayıblar" - Ukrayna səfiri

“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq”.
Sozcu.info xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.
“Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, - diplomat vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti