Rusiya Qarabağa növbəti humanitar yardım göndərib :"50 tondan artıq yük Xankəndinə çatdırılacaq"

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib.
Bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.
O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq.
FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır/Report.


Oxşar Xəbərlər

Xəbər lenti