Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezident məmur və vətəndaş arasında “gözlə” maneəsini aradan götürdü
Yeni Mərkəz məmur-vətəndaş arasında maneəsiz körpü rolunu oynayacaq
Dövlət başçısı İlham Əliyev martın 28-də Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Bakının Nərimanov rayonunda, Zaur Nudirəliyev küçəsi, 79-da yerləşən beşmərtəbəli binada gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları var. Vətəndaş Qəbulu Mərkəzində Çağrı Mərkəzi istifadəyə verilib, vətəndaşlar 1111 nömrəsinə zəng edə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanı yaradılıb, ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var. Mərkəzdə iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.
Sirr deyil ki, illərdir vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri də məmurlarla görüş üçün süni əngəllərdir. Vətəndaş adətən belə qəbullarda “gözlə”, “vaxtım yoxdur”, “sonra gələrsən” kimi sözlər eşitməyə adət etmişdi. Bu isə haqlı olaraq əhalidə narazılıq yaradırdı. Görünən odur ki, yeni mərkəzin açılışı artıq bu kimi bəhanələri aradan qaldırmağa xidmət edəcək, məmur-vətəndaş arasında maneəsiz körpü rolunu oynayacaq. Bəs görəsən, qarşıya qoyulan məqsədə nail olunacaqmı? Məmurlar yenə vətəndaşların problemlərini həll etməkdən yayına biləcəklərmi?
Fazil Mustafa
Deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat” a bunları deyib:
“Prezident Administrasiyasında çalışan ayrı-ayrı şöbələr, xidmətlər bu funksiyanı həyata keçirirlər. Amma burada müəyyən dərəcədə hamı üçün əlçatanlıq məsələsi vacibdir. Məsələn, bir də görürsən biri Lerikdən, ya da Gədəbəydən probleminin həll olunmamasına görə şikayətə gəlir. Hansısa kiçik, aşağı instansiyalarda həll olunası məsələni administrasiyaya gətirib çıxarırlar. Çünki bunu aşağıda həll edəcək məmurun məsuliyyəti olmur. İndi bu cür sistemin qurulması informasiyanın Prezidentə çatması baxımından vacibdir. Prezidentə hansı informasiya vaxtında çatırsa, ona öz reaksiyasını verir. Bir çox hallarda mümkün olan məsələlərin müsbət həllinin şahidi oluruq. Məsələn, biz özümüz də Milli Məclisdə çıxış edirik, o çıxışlar ölkə Prezidentinə çatır, görür ki, burada məntiqli, doğru məsələlər qaldırılır, onu həll edir. Amma siz təsəvvür edin ki, bəzi nazirlər var ki, nazir anlayışını özləri də anlamırlar, onu niyə nazir qoyublar, bunu anlamırlar. Bunlara telefonla belə əlaqə saxlamaq mümkün deyil. Şəxsən mən bir neçə dəfə cəhd etmişəm, nazirlə telefonla əlaqə saxlaya bilmirəm, ya köməkçisi götürür, öz nömrəmi verirəm. Xahiş edirəm ki, mənimlə əlaqə saxlasın. Sonra zəng vurmur. Bir qrup nazir ki, ona zəng vurursan ki, filan sənəd var, sizə gəlib. ”Baş üstə, bu dəqiqə araşdırırıq" deyir, üstündən bir ay keçir, xəbər yoxdur. Çünki bu adam “göydən zənbillə” düşüb, bilmir ki, nazirlik, məsuliyyət nə deməkdir, deputatın sorğusuna cavab verməmək nə deməkdir. Bunu başa düşmürlər. İndi görün, vətəndaş nə vəziyyətdədir. Vətəndaş da məcburdur, aşağı vəzifəli məmurları buraxıb administrasiyaya müraciət etsin ki, problemi həll olunsun. Ona görə də belə mərkəzin açılması olduqca vacibdir. Bu, birbaşa Prezidentin informasiya alma imkanını genişləndirir. Cəmiyyətdən informasiya alınması vacibdir. Bir-iki nəfər öz marağına uyğun olaraq informasiyanı çatdırır, yoxsa real vəziyyətlə bağlı məlumat yoxdur. Prezidentin minlərlə işi var, beynəlxalq səviyyədə, başqa səviyyələrdə. Məmurların obyektiv, dürüst fəaliyyətindən çox şey asılı olur. O olanda, artıq Prezident də müəyyən məsələlərlə bağlı qərar qəbul edə bilir və operativ olaraq vətəndaşın problemini həll edir. Diqqət edirsinizsə, bir çox hallarda tanınmış birinə fəxri ad verilməyib, unudulub. Məsələn, Məmməd İsmayıla xalq şairi adı verilməyib. Azərbaycan poeziyasının ən dəyərli şəxsiyyətlərindən biridir. Dediyim odur ki, kimsə bunları deməlidir. Ya da vacib bir adamın mənzil ehtiyacı var. Ölkə üçün dəyər gətirən adamın mənzil problemi həll olunmayıb, amma layiq olmayan birini bəzəyib yalandan təqdim edirlər, iki-üç mənzil alır. Problemin kökü buradadır".
Millər vəkili qeyd edib ki, Prezidentin açılış mərasimində iştirakı çox vacib idi:
“Ən azı bilinsin ki, cəmiyyətlə Prezident arasında uçurumu ortadan qaldırmağa xidmət edəcək bir mexanizm yaranır. Yerlərdə də videokonfranslar olduqca vacibdir. Bu, nazirlərin rayonlarda adam qəbul etməsinə bənzəməməlidir. Əksər hallarda adamları əvvəldən seçirlər, təhlükəsiz adamları gətirirlər, şəkil çəkdirirlər. Belə olmaz. Videokonfransa yüz, iki yüz nəfər şikayətçi gəlir, burada fikirlərini deyirlər. Müraciətlər götürülür, birbaşa administrasiyaya aparılır. Prezident Administrasiyası bu istiqamətdə fəaliyyətini daha da çevikləşdirir, problemin həllinə daha tez çalışır. Ona görə bunu çox müsbət hadisə kimi qiymətləndirirəm. Bu, birbaşa ölkə Prezidentinin özünün iradəsi ilə həyata keçirilən məsələdir. Özü də görüb ki, bir sıra məsələlər öz həllini tapmır, gecikdirilir. Vətəndaş narazılığı da ölkə Prezidentinə çatır. Təsəvvür edin, adam müharibədən gəlib, yaralanıb, hospitala düşüb, orada da 2-3 gün yatandan sonra yaralı-yaralı olsa da, ”qala bilmərəm", deyib, yenidən müharibəyə gedib. İndi həmin adam Müdafiə Nazirliyindən sənəd ala bilmir ki, döyüşmüşəm, yaralıyam. Adamın heç kimi yoxdur deyə, pul vermir deyə ona yazmırlar ki, həqiqətən yaralı olub, hospitalda müalicə alıb. Belə biabırçılıqmı olar. İndi bu adam hara şikayət etsin".
Tural Abbaslı
Ağ Partiyanın sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini açıqlayıb:
“Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması müsbət haldır. Bu açılışa qədər insanlar administrasiyada qəbula gedərkən heç bir şəraiti olmayan binanın önündə, ya daxildə balaca bir dar otaqda gözləməli olurdular. İstəyəndə qəbul edirdilər, istəməyəndə etmirdilər. Bu cür məsələlərin qaydaya qoyulması, insanların rahatlığı üçün şəraitin yaradılması müsbət haldır. Amma təbii ki, əsas qəbul zamanı yaradılan komfort şəraitdən daha çox, qəbuldan sonra onların problemlərinin həlli önəmlidir. Düşünürəm ki, o istiqamətdə də addım atılar. Çünki bir çox hallarda vətəndaşlar qəbul olunsa, problemləri dinlənilsə belə, sonradan onların problemləri öz həllini tapmır. Əslində Prezident Administrasiyasında qəbula bu qədər diqqətin ayrılması digər nazirliklərimizə, komitələrə və dövlət idarələrinə də bir nümunəolmalıdır. İnsanların qəbulu üçün şərait yaradılsın və vətəndaş qəbulunun nə qədər ciddi məsələ olduğunu anlasınlar. Administrasiya bununla bağlı ayrıca bina tikibsə, bu, digərlərinə də nümunə olmalıdır. Məsələn, Təhsil Nazirliyi və digər nazirliklərdə qəbul zamanı insanlar küçədə gözləyirlər. Gözləmə zalı belə keyfiyyətli deyil. Pandemiya dövründə də bəhanə edib, qəbulları dayandırmışdılar. Düşünürəm ki, vətəndaş qəbulu üçün həm ayrılan məkanlar səliqəli olmalıdır, həm də vətəndaşların şikayətlərinə doğru, düzgün, vaxtında baxılması prosesi düzgün olmalıdır. Heç kim demir ki, hər kəsin gedib orada dediyi həllini tapmalıdır. Amma hər halda, ədalət, qanun öz yerini tapmalıdır. İnsanlar tələblərində haqlıdırlarsa, o məsələ öz həllini tapmalıdır. Təəssüf ki, vətəndaşların məmurlardan şikayəti var. Məmur səhlənkarlığından, biganəliyindən narazılıqlar çoxdur. Görünən də odur ki, məmurların əksəriyyəti belədir”.
Oxşar Xəbərlər
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib
Bakıda insident:Vətəndaş polisi vurdu
“ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir
Prezident Cəbrayılda DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib
Xəbər lenti
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları