8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrininAzərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsizçıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təminetdi”Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev AstanadaAsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında bildirib.Tarix boyu “Böyük Ermənistan” yaratmaq ideyası iləyaşayan ermənilər Avropa dövlətlərinə arxalanaraqAzərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirmişlər.Hələ XX əsrin 80-ci illərinin sonları-90-cı illərininəvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıqformada ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbitəcavüzə başlamışdır. Ermənistan 30 ilə yaxındır Azərbaycantorpaqlarının 20 faizini işğal altında saxlayaraq tarixi abidələrin,saraylar və muzeylərin, sənaye və kənd təsərrüfatımüəssisələrinin, avtomobil yollarının, meşələrin, hektarlarlakənd təsərrüfatı üçün yararlı torpaqların dağıdılmasına səbəbolmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdəAzərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərinixüsusi qəddarlıqla məhv etmişlər.Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində birmilyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatıyaşamağa məcbur edilmişdir. Azərbaycan öz haqq işinimüdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinibeynəlxalq ictimaiyyətə çatdırmaq üçün dəfələrlə səylərgöstərərək bu munaqişənin sülh yolu ilə həll edilməsinəçalışmışdır.Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlliüçün göstərmiş olduğu çabalar da təəssüf ki, qarşı tərəfdəndəyərləndirilmədi.Ölkəmizə qarşı hərbi təcavüzün nəticələrinin aradanqaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxındavam edən danışıqlar prosesi nəticəsiz qalmışdı.“Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyininkişafının əsas şərtidir. Ona görə Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geriatmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpaedilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”.Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi vəAzərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalqhüququ döyüş meydanında təmin etdi. Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli AzərbaycanOrdusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatını 44 günərzində böyük zəfər ilə sonlandırdı. Azərbaycan xalqı bu tarixiQələbəni məhz döyüş meydanında qazandı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:“Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazibütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələniedəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidənquracağıq. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıqbizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi”.Postmüharibə dövründə dövlət başçısınınmüəyyənləşdirdiyi hədəflər uğurla həyata keçirilir. İşğaldanazad olunmuş ərazilərdə bütün işlər ardıcıllıqla və planlışəkildə həyata keçirilir.Erməni vandalizminin daha bir nişanəsi, işğaldan azadedilən Azərbaycan torpaqlarında üzə çıxarılan kütləviməzarlıqları insanlıq əleyhinə, bəşəri cinayət kimi dəyərləndirir. Dövlət başçısı öz çıxışında Azərbaycanın dünyada mina iləən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirmişdir.Beynəlxalq mütəxəssislərin hesablamalarına görə,Azərbaycana ərazilərin minalardan təmizlənməsiməsələsini həll etmək üçün təxminən 30 il və 25 milyardABŞ dolları lazımdır”İkinci Qarabağ müharibəsinin başa çatmasından 2 il vaxtkeçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olanminalanmış sahələr problemi aradan qaldırılmayıb: azadolunmuş torpaqlarda ölən və yaralananların statistikasıartmaqda davam edir. Mina və partlamamış hərbi sursatlarınişğaldan azad edilmiş Azərbaycan ərazilərindən təmizlənməsi qarşıda duran əsas məsələlərdəndir. Cünki layihələrin icrasıüçün ərazilər təhlükəsiz hala gətirilməlidir. Ancaq işğalçıqonşularımız minalanmış ərazilərin xəritələrini verməməkləAzərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur.Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azadolunan ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davametdirilir. “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaqbunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurunyenidən qurulması, insanların geri qayıtması vəAzərbaycanın hər hansı bölgəsində yaşayan keçmişməcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması”,– deyən dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu insanlarbuna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdəyaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburiköçkünü yeni ev və mənzillərlə təmin etmişik, bumənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarınıbildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öztorpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdimki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunureallaşdıra bildik və artıq Böyük Qayıdış proqramıbaşlayıb”.Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı daiqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsirgöstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarınıgenişləndirir, əhəmiyyətini artırır.“Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslınəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühümbeynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinəçevirib.Yeni reallıqlarla barışmayan Ermənistan Azərbaycansülhyaratma prosesindəki ciddi səylərinə baxmayaraq təxribattörətməkdə davam edir. Belə ki, bu ilin sentyabr ayındaAzərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakıərazilərin və təminat yollarının minalanmasını həyata keçirilib.Ermənistan silahlı qüvvələri bununla yanaşı, AzərbaycanOrdusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonlarıərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədənminaatanlardan intensiv atəşə tutub.Ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbitəhlükələrin qarşısının alınması məqsədilə müvafiq cavabtədbirləri görülüb, Ermənistan silahlı qüvvələrinin təxribatınınqarşısı qətiyyətlə alınıb. Bədnam qonşularımız anlamalıdır ki,Azərbaycan Respublikasının ərazi bütövlüyünə vəsuverenliyinə qarşı edilən istənilən cəhd cavabsızqalmayacaqdır.Ermənistanın törətdiyi cinayətlər fonunda Azərbaycan sülhsazişinin imzalanması istiqamətində səylərini davam etdirir.Belə ki, oktyabrın 6-da Praqada Prezident İlham Əliyev,Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı ŞurasınınPrezidenti Şarl Mişel və Ermənistanın baş naziri NikolPaşinyanın görüşünün nəticəsi Ermənistanın Azərbaycanınirəli sürdüyü 5 baza prinsipini qəbul etdiyinin göstəricisidir.Ərazi bütövlüyümüz rəsmən Ermənistan tərəfindən qəbulolundu. Bu bəyanatın Praqa toplantısında verilməsi vəqarşılıqlı ərazi bütövlüyünün tanınması Azərbaycan,Ermənistan, Fransa, Avropa İttifaqı Şurasının iştirakı,Avropanın demək olar, bütün siyasi rəhbərlərinin şahidliyi iləvurğulanması dövlət başçısının məqsədyönlü xarici siyasətini,Azərbaycan diplomatiyasının növbəti qələbəsidir."Bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edirki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik,işğal dövründə, müharibə dövründə, müharibədən sonra.Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həmdə bunu tələffüz edir”.Nizaməddin Ağcayev
Suraxanı rayonu, Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru