Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Fransa prezidenti Emmanuel Makron dövlət başçısı kvalifikasiyasına uyğun gəlmir və Paris beynəlxalq aləmdə nüfuzunu sürətlə itirir.
Sozcu.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əslində Fransanın başında olan adam bu dövlətin rəhbəri olmağa layiq deyil. Baxın, hazırda Afrika ölkələrini istismar edirlər. Mali Fransa ilə tam partlayış vəziyyətindədir. Burkina Faso ona son tarix verdi - “Sizə bir ay verirəm. Bir aydan sonra biz fransız əsgərlərini burada görmək istəmirik”, - deyiblər. Məncə, Toqo da bu cür addım atacaq. Və Fransa Afrikadakı nüfuzunu sürətlə itirir", - Türkiyə prezidenti deyib.
Ərdoğanın sözlərinə görə, beynəlxalq tədbirlərdə Makronla çoxlu görüşlər keçirib və belə qənaətə gəlib ki, fransalı həmkarı dürüst insan deyil. (yenisabah)