Ərdoğan bir daha Əsədə əl uzadacaqmı? –Türkiyə prezidenti gerçəklik və neo-Osmanlı xülyası arasında seçim etməlidir - TƏHLİL

Ərdoğan bir daha Əsədə əl uzadacaqmı? –Türkiyə prezidenti gerçəklik və neo-Osmanlı xülyası arasında seçim etməlidir - TƏHLİL

 

Kamal Ələm

"Middle East Eye”

 

Türkiyə və AK Partiyanın 2003-cü ildən başlayan Ərəb siyasəti baş nazir Rəcəb Tayyib Ərdoğanla Suriyanın dövlət başçısı Bəşər Əsəd arasında şəxsi əlaqələr ətrafında quruldu.

Əlbəttə, bu münasibətlər qəfildən çevrilməyə məruz qaldı, iki lider Suriyanı parçalayan münaqişədə amansız rəqib oldular.

Heç bir xarici ölkənin Suriyadakı müharibəni Türkiyəyə qədər bitirmək qabiliyyəti yoxdur. Öz növbəsində, Suriya siyasəti Ərdoğanın ətrafında dönüb-dolaşdığından yalnız onun bu savaşı bitirə biləcəyi də deyilməlidir.

Nə baş verəcəyini həll edən ancaq odur. Afrinin ələ keçirilməsinə baxmayaraq, – bu, "Azad Suriya Ordusu” deyil, türk ordusunun zəfər kimi qiymətləndirilməlidir, – Ərdoğan getdikcə təcrid vəziyyətinə düşür və bu, Afrinin geri qaytarılması ilə nəticələnə bilər.

Son nəticədə Əsəd Afrində qalib ola bilər və Dəməşqlə danışıqlar üçün daxili təzyiqlərin artması ilə, Ərdoğan buna məcbur olacaqmı?

Hər halda, Şamın Ankara ilə həmsöhbət olması maraqlı olmazdımı?

 

Çiçəklənən qardaşlıq

 

2005-ci ildə Ərdoğan Əsədlə görüşmək üçün Türkiyə prezidenti Əhməd Sezərin səfərini təşkil etdi. Türkiyəyə Yaxın Şərqdəki demokratiya nümunəsi kimi baxıldığı dövrdə bir çox Suriya müxalifət qrupları Ərdoğanın Suriyada bu hərəkətlərini Ankaranın əsas hədəflərdən, o cümlədən Ərəb dünyasında demokratiyanı dəstəkləməkdən fərqli sayırdı.

Dəməşqdəki aparıcı tənqidçi Fərid Qədri yazırdı ki, Aİ və ABŞ Əsədi Suriya, Livan və İraqdakı roluna görə qınasa da, Ərdoğan Əsədlə münasibətlərini gücləndirir və Suriya vasitəsilə Misir, Liviya, Əlcəzair və Qətərlə əlaqələrini genişləndirir.

Türk lider Əsədi ən yaxın dostu və qardaşı adlandırır, hər ikisinin xanımları və ailə üzvləri bayram tətillərində zövq alırdılar. Hətta Abdullah Gül də Əsəd ailəsinin Boğazda istirahətinə qoşuldu.

Türk siyasi elitası Suriya prezidenti ilə anlaşmışdı. Sərbəst ticarət razılaşması, vizasız səfərlər və türk iş adamlarının Suriyada iqtisadi təməlləri. Əsəd-Ərdoğanın qarşılıqlı əlaqəsinin ən böyük faydasını Kürdüstan İşçi Partiyasına (PKK) qarşı onilliklərlə davam edən uğursuz mübarizədə Türkiyə hərbi sistemi və kəşfiyyat xidməti gördü.

Əsəd türk dövləti ilə mübarizə edən çoxsaylı marksist, erməni və solçu qruplara atasından miras qalmış dəstək siyasətindən imtina etdi. Ərdoğanın PKK ilə əldə etdiyi sülh müqaviləsinin müvəffəqiyyəti əsasən Dəməşqə bağlı idi. Əsədin və onun kəşfiyyat aparatının bölgə təsiri müxtəlif anti-Ankara qruplarını masa arxasına gətirə bilərdi.

 

Parçalanmış ərəb siyasəti

 

Türkiyənin ABŞ-la ittifaqı qarışıqlıq keçirdiyi dönəmdə, Saddam sonrası İraqda Şam sünni tayfa birlikləri ilə əlaqələrini qurdu. Atatürk Türkiyəsi isə cənubdakı türklərlə əlaqələrini çoxdan itirmişdi.

Əsədin və Ərdoğanın möhtəşəm Bodrum tətilindən on il sonra, hazırda Türkiyənin Ərəb siyasəti param-parçadır. BƏƏ, Misir, Əlcəzair və Səudiyyə Ərəbistanı Türkiyənin Ərəb işlərinə cəlb edilməsinə qarşı çıxır. Böyük ərəb dövlətləri, Türkiyənin Afrinə və Suriyanın şimalına hücumlarını Ərəb dünyasına açıq müdaxilə kimi tənqid edib. Səudiyyənin vəliəhd-şahzadəsi və BƏƏ rəhbərliyi Türkiyəni Osmanlı ekspansiya siyasətində ittiham edərək Şamın nisbi müttəfiqlərinə çevrilib.

Ərdoğanın kürd siyasəti başına düşüb və Afrin əməliyyatı demək olar ki, Türkiyənin bütün NATO müttəfiqləri tərəfindən tənqid olunub. Suriya kürdləri isə Əsədin dizlərinə sığınıb.

Yeri gəlmişkən, suriyalı kürdlər də ABŞ-a güvənmirlər. Çünki onlar İŞİD-ə qarşı mübarizə bitdikdən sonra böyük güclərin oyununda qurdlara yem olublar.

Ermənistan, Serbiya və Rusiyanın pravoslav-qriqorian bloku Əsəd düşərgəsindədir, Çeçenistan prezidenti Ramzan Kadırov da Şamı dəstəklənməklə Ərdoğanın neo-Osmanlı alyansının xəyallarını seyrəldir.

Üstəlik, Qahirə ilə Ankaranın arasında yaxınlaşmanın əlamətləri var və Əsəd Suriyanın müxtəlif yerlərində atəşkəsi bərqərar etmədə Misir hərbi kəşfiyyatının xidmətindən istifadə edib.

BƏƏ və Türkiyə arasında ərəb işlərinə müdaxilə ilə bağlı ictimai çaxnaşma, Əsədin BƏƏ və Omanla olan münasibətləri Ərdoğanın artıq ərəb-sünni cəmiyyətindən istifadə edə bilməməsinin göstəricisidir.

Misir isə artıq Suriyanı Ərəb Birliyinə qaytarmağa çağırıb.

 

Suriyadakı hərbi diplomatiya

 

Ərdoğan, həmçinin Türkiyənin daxilində və Suriyada kürd siyasətinə görə təzyiqlərə məruz qalıb. AKP-nin gündəlik "Yeni Şafak” qəzeti açıq şəkildə Şam hökuməti ilə dialoqa çağırıb.

Eyni zamanda, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Əsədlə dərhal söhbət etməyə çağırıb və bunu etmək üçün Dəməşqə səfər etməyə belə hazırdır.

Ərdoğanın opponentləri Türkiyəni öz kürdləri və Suriya ilə davamlı müharibəyə gətirdiyini söyləyirlər. Eyni zamanda, bir neçə il bundan əvvəl Suriyadakı kürd lideri Saleh Müslimə qucaq açması Ərdoğanın Suriyada müttəfiq seçimində azdığını sübut edir.

İran və Rusiya ilə yaxın dostluq əlaqələrinə baxmayaraq, onu Əsədlə dostluğuna çətinliklər var. Bu o deməkdir ki, getdikcə Qərblə daha çox düşmən olan Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə və İranın Ali Lideri Əli Xamneiyə güzəştə getməkdən başqa heç bir imkanı yoxdur.

Beləliklə, Ərdoğan Əsədlə görüşəcəkmi?

Ötən il o, suriyalı kürdlərə qarşı Dəməşqlə əməkdaşlığa işarə etdi, lakin bu il Ərdoğan Əsədə "terrorçu” dedi.

Bundan başqa, Əsəd ilə müqavilə, PKK tərəfdaşları və marksist qruplarla müqayisədə, Ərdoğan üçün daha realdır. Hindistan və Çinin Əsədə maliyyə və diplomatik dəstəyi sayəsində BRICS Bloku da Suriyadakı türk təcavüzünə də qarşı çıxır.

Daha vacib bir məsələ budur: Şam Türkiyə ilə danışacaqmı?

Suriyanın müdafiə diplomatiyası praqmatizmə və yaşanan böhranların nəticələrinə əsaslanır. Suriya 1991-ci ildə ABŞ-ın İraqa qarşı müharibəsini dəstəkləyib, 2003-cü ildən sonra BƏƏ-çiləri. Əsəd İranı Livanda dəstəkləyir, lakin hələ də İraqdakı iranlı vəkillərə qarşı çıxır.

Əsəd üçün Ərdoğanla yaxınlaşmanın şərti Suriyadakı radikal islamçı qruplara dəstəyi kəsməkdir. Türkiyənin öz daxili demoqrafiyası və qarşıdan gələn seçkilərlə artan gərginlik işığında Ərdoğan Suriyadakı Osmanlı istəklərinə deyil, daxili birliyə diqqət yetirməlidir.

Bir sözlə, bu hekayətin sonu görünmür, ancaq Əsəd ən güclü fırtınadan sağ-salamat çıxaraq, yerində rahat oturur.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti