Rusiya XİN: Bakı və Yerevanın təşəbbüsünü dəstəkləyirik

Rusiya XİN: Bakı və Yerevanın təşəbbüsünü dəstəkləyirik

 

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin aktivləşməsini, eləcə də, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın qarşıdan gələn görüşünü alqışlayır. Biz bu danışıqlar prosesinin nəticə verməsində maraqlıyıq”.

Bunu "İnterfaks”a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Uzun fasilədən sonra 2017-ci ildə Cenevrədə ATƏT-in Minsk qrupunun dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr olunmuş Azərbaycan-Ermənistan sammiti baş tutdu. Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn əlavə tədbirlər razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər, bu ilin dekabrında isə Vyanada ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində nazirlərin görüşünü təşkil etdilər”, - deyə Karasin bildirib.

Onun sözlərinə görə, hələlik heç bir konsensusun əldə olunmayıb, problemin həlli ilə bağlı əsas məsələlər müzakirə olunub. Bundan başqa, münaqişə zonasında vəziyyətin sabitləşməsinə xidmət göstərən mümkün addımlara baxılıb. Tərəflərə ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı digər məsələlərlə bağlı danışıqları vasitəçi "üçlüyün” iştirakı ilə 2018-ci ilin yanvar ayında davam etdirmək barədə razılıq əldə ediblər.

"Biz rəsmi Bakı və İrəvanın artıq əldə olunmuş nailiyyətlər əsasında kompromisli həll yollarını axtarmaq səylərini dəstəkləyirik. Öz tərəfimizdən Minsk qrupu həmsədrləri ilə birgə bundan sonra da uzanan münaqişənin dinc yolla həllinə vasitəçi olmağa davam edəcəyik.

Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub”, - deyə Karasin bildirib.




Oxşar Xəbərlər

Xəbər lenti