Ərdoğan II turda neçə faiz səs alacaq? - Ən dəqiq mərkəzdən ŞOK PROQNOZ

Türkiyədə II tura qalan seçkilərlə bağlı “Ərdoğan, yoxsa Kılıçdaroğlu qazanacaq” sualı yenidən aktuallaşıb.

Sozcu.info xəbər verir ki, seçkilərlə bağlı ən dəqiq rəy sorğuları ilə tanınan “Optimar” araşdırma şirkətinin rəhbəri Hilmi Daşdəmir II turla bağlı proqnozlarını açıqlayıb.

Onun proqnozuna görə, Ərdoğan II turda daha fərqli nəticələrlə qazanacaq.

“Ən azı 53 faiz səs alacağını düşünürəm. Türkiyə ictimaiyyətini çox yaxşı tanıyıram. Müxalifət prosesləri düzgün dəyərləndirmədi. Ərdoğan parlament seçkilərində böyük fərqlə qazandı, prezident seçkilərinin II turunda da qazanacaq”, - o bildirib.

H.Daşdəmir Kılıçdaroğlunun niyə qazanmadığını da açıqlayıb.

“Kılıçdaroğlu çox böyük gözləntilərlə seçkiyə girdi. Ələvilik kimi məsələlərdən sui-istifadə etdi. Hər kəs qazanacaqlarını deyirdi, amma heç nə olmadı. Davutoğlunun etdiklərinin üzərini bağladılar. 0,1 faiz səsləri olmayan kiçik partiyalar parlmentdə CHP üzərindən 38 yer qazandılar. Bütün bunlar Kılıçdaroğlunun uduzmasına səbəb oldu, II turda da eyni nəticə ilə üzləşəcək. Ərdoğan 28 mayda böyük üstünlüklə qazanacaq. Türk xalqı milli və dövlət maraqlarını əsas tutur”, - Daşdəmir qeyd edib



Oxşar Xəbərlər

Xəbər lenti