Ərdoğanın inauqurasiyası bu tarixlərdə keçirilə bilər


Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi (inauqurasiya) iyunun 2-si və yaxud 6-sı təşkil edilə bilər.

Sozcu.info xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ərdoğan məhz həmin gün yeni hökumətə daxil olacaq nazirlərin adlarını da elan edəcək.

Qeyd olunur ki, Ali Seçki Şurası prezident və parlament seçkilərinin yekun nəticələrini bu gün açıqlayacaq. Deputatların da iyunun 2-si and içəcəyi bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti