İsrail Prezidenti Bakıya gəldi - Foto


İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib.

***

İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Sozcu.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}