Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, 1992-ci ilin may ayında, yəqin ki, ona qədər də ermənilər Azərbaycanın başqa ərazilərini zəbt etmək üçün birinci növbədə məhz Laçınla Şuşanı ələ keçirmək istəyirdilər”. Bu sözləri 6 may 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşündə söyləmişdir. Bu görüşdə Ulu Öndər danışıqların irəli getməsinə mane olan səbəblərə toxunaraq onu da demişdir ki, “Biz imzalayacağımız sazişə "Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün rayonlardan, о cümlədən Laçın və Şuşadan çıxmalıdırlar" sözlərinin yazılmasını tələb edirik. Onlar isə deyirlər ki, о biri rayonlardan silahlı qüvvələri çıxarmağa hazırdırlar, ancaq Laçın və Şuşa rayonlarından yox...”Birinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndinin məskunlaşdırılmasına dair məxfi əmr verildi. Ermənistan bununla Xankəndinə aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı.Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi və 4rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri,sonra isə Laçın rayonunu nəzarəti altına keçirdi. Bundan sonra Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biri laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq idi. Bunun üçün ərazinin coğrafi quruluşuna uyğun, yerli ənənələri əsas tutaraq müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus xüsusiyyətlərindən istifadə edərək bir çox memarlıq layihələri həyata keçirilməyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin may ayının27-də Laçın rayonuna növbəti səfəri zamanı Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisəadlandıraraq qeyd etmişdir ki, “28 may ikiqat bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar”.Qardaş Türkiyə Respublikasındakı prezident seçkilərinin ikinci turunda cənab Rəcəp Tayyip Ərdoğanın yenidən seçilməsi həmin günün bayramları sırasına birini də əlavə etdi.
Yarım il ərzində böyük hissəsi tamamilə yenidən qurulan Laçına ilk 20 ailənin yerləşdirilməsi, birinci mərhələdə Laçında 4 minə yaxın insanın məskunlasaçağının nəzərdə tutulması, Laçın şəhərinin Baş planı hazırlanması, çoxlu sayda fərdi yaşayış binasının, çoxmənzilli binaların tikilməsi göstərir ki, yaxın vaxburada 764 ailə yaşaya bilər...Son günlərin siyasi mənzərəsi onu göstərir ki, “Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”.Artıq regionda gedən bir çox proreslər Azərbaycanın iştirakı və icazəsi olmadan yürüyə bilmir. Həm dövlət başçımız, həm də xalq, daha doğrusu xalq-iqtidar tandemi bir sıra qonşu ölkələrin gələcək istiqamətinə də yön vermək gücündədir. Zəngin yeraltı və yerüstü sərvətləri olan Azərbaycanla hesablaşmağa, dost olmağa çalışan ölkələr güclü lider-güclü ölkə prinsipini əldə əsas tutaraq gələcək inkişaf planlarına Azərbaycanı da daxil edir, onunla hesablaşır, həm siyasi, həm iqtisadi, həm hərbi əməkdaşlığa can atırlar...
Güllü Yoloğlu
türkoloq
Sozcu.onfo