17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Gürcüstan polisi Tiflisdə parlament binasına gedən küçələri tamamilə bağlayıb.
Sozcu.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binaya buraxılmır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstanın XI çağırış parlamentinin ilk sessiyası keçiriləcək.
Ölkə müxalifəti şənbə günü keçirilən mitinqdə vətəndaşları bu gün Tiflisdə toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.
Axar.az