Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, sabahdan etibarən Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayacaq. Sammitdə Türkiyə və Azərbaycan prezidentləri də daxil olmaqla, 47 Avropa ölkəsinin liderləri iştirak edəcəklər. Rusiya ilə Belarus sammitə dəvət edilməyiblər.
Avropa Siyasi Birliyinin ilk sammiti 2022-ci il oktyabrın 6-da Praqada, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilmişdi.
Sammit çərçivəsində 4 dəyirmi masa ilə yanaşı çox sayda ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun sülh danışıqları ilə bağlı görüşü gözlənilir.
Üçüncü sammitin 2023-cü ilin oktyabrında İspaniyada keçirilməsi planlaşdırılır.