"Paşinyanın düz Əliyevin arxasında əyləşməsi təsadüf ola bilməz" - Xaçatryan

Ermənistan Baş naziri Nikol Paşinyanın Ərdoğanın andiçmə mərasimində ikinci sırada olması protokol məsələsidir.
Sozcu.info News.am-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan 5-də Milli Assambleyada 2022-ci il büdcəsinin icrası ilə bağlı hesabatı zamanı “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
“Bütün baş nazirlər ikinci sırada idilər”, - Mirzoyan bildirib.
 “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan qeyd edib ki, Şərqdə simvollara böyük diqqət yetirirlər. Onun sözlərinə görə, Paşinyanın yüzlərlə kreslo arasında Azərbaycan Prezidenti İlham Əliyevin düz arxasında əyləşməsi təsadüfi ola bilməz.
Xatırladaq ki, Nikol Paşinyan və İlham Əliyev iyunun 3-də Ankaraya gedib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti