İran və Rusiya arasında silah satışına dair müqavilə üzə çıxıb - FOTO


İranın növbəti dəfə Rusiyaya silah satışı etdiyi üzə çıxıb.

Sozcu.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” xəbər agentliyi məlumat yayıb.

Agentlik İranın Rusiyaya silah satışına dair sənədləri də paylaşıb.

“Sky News” təhlükəsizlik mənbələrinə istinadla İranın Ukraynada müharibə üçün Rusiyaya silah satışı barədə sənəd imzaladığını iddia edib. Sözügedən sənədin 14 sentyabr 2022-ci il tarixinə aid 16 səhifəlik silah satışı müqaviləsi olduğu bildirilir.

Məlumata görə, bu müqavilə 1 milyon dollardan artıq artilleriya mərmiləri, tank və raket satışını nəzərdə tutur.

Agentliyin internet səhifəsində paylaşılan həmin sənəd may ayında Biritaniyaya səfəri zamanı Ukrayna Baş naziri Denis Şmıqala və Britaniyanın xarici işlər naziri Ceyms Klorliyə göstərilib.

Həmin vaxt rəsmi Kiyev və London bu məsələnn araşdırılacağını və müvafiq tədbir görüləcəyini bildiriblər.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}