8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin planlaşdırdığı Avropa səfəri baş tutmayacaq. Gürcüstan hökuməti onun səfər müraciətinə rədd cavabı verib.
Hakim “Gürcü arzusu” partiyasının Prezident Zurabişvilinin bir sıra Avropa ölkələrinə işgüzar səfərə getməsinə icazə verməməsinin səbəbi barəsində açıqlama verən deputat (“Gürcü arzusu”nun parlament fraksiyasının rəhbəri) Mamuka Mdinaradze Zurabişvilinin mübahisəli bəyanatlarından danışıb. O deyib: “Hətta bizim avropalı həmkarlarımız da Gürcüstanın islahatlar istiqamətində birinci olduğunu qiymətləndirmə meyarları ilə təsdiqlədikləri halda, Gürcüstan Prezidenti parlamentin tribunasından bunun əksini iddia edirsə, deməli, risklər var”.
Mdinaradze qeyd edib ki, Prezidentin qəribə bəyanatlar verməsi ehtimalının mövcudluğu ilə yanaşı, bu fiqurun statusununun yetərincə yüksək olması belə bir təhlükədən qaçmaq lazım olduğunu göstərir.
Parlamentin vitse-spikeri Giya Volski isə Zurabişvilinin səfərinin artıq olduğunu söyləyib. Onun sözlərinə görə, onsuz da Prezidentin səfərə hazırlaşdığı ölkələr həm XİN, həm hökumət rəhbərləri, həm də ümumilikdə rəsmilər səviyyəsində Tbilisi ilə sıx əməkdaşlıq edirlər: “Prinsipcə, intensiv məşvərətlər aparmadığımız Avropa ölkəsi yoxdur”.
Qeyd edək ki, Gürcüstan hökumətinin administrasiyası bildirib: “Əgər Gürcüstan Prezidenti hökumətin qərarına məhəl qoymayaraq, səfərlərə getsə, ölkə Konstitusiyasını pozmuş olacaq”.
Qeyd edək ki, Salome Zurabişvili 22-24 avqust tarixlərində Ukraynaya səfərə hazırlaşırdı. Cari ilin iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenskinin göstərişi ilə Gürcüstanın Kiyevdəki səfiri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilinin vəziyyəti ilə əlaqədar Tbilisiyə geri göndərilmişdi. Gürcüstan hökuməti bu qərarı təhqiredici hesab edərək, səfirin bir daha Ukraynaya qayıtmayacağını bəyan eləmişdi. Bundan əvvəl isə, Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarına görə, ölkəsinin Tbilisidəki səfirini geri çağırmışdı.