Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Papuaşvili: “Rusiya iki rayonu işğal etməklə Gürcüstanın ərazi bütövlüyünü pozur”
“Rusiya Gürcüstanın iki tarixi ərazisini, Abxaziya və Sxinvali bölgəsini işğal etməklə Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirir”.
Hurriyyet.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Anqolanın paytaxtı Luandada Parlamentlərarası İttifaqın (PAİ) 147-ci Assambleyasında çıxışı zamanı deyib.
Qeyd edək ki, Assambleyada 130 ölkədən 50-dən çox məruzəçi iştirak edir.
Şalva Papuaşvilinin sözlərinə görə, Gürcüstan hələ də təhlükəsizliyini təmin edə bilmir: “Problem bir tərəfdən xarici geosiyasi təzyiq və xarici müdaxilə təhlükəsində, digər tərəfdən isə daxili radikalizm və populizmin böyüməsindədir. Xarici istiqamətdə Rusiya Gürcüstanın iki tarixi ərazisini - Abxaziya və Sxinvali bölgəsini işğal etməklə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini pozur; beynəlxalq öhdəliklərini yerinə yetirməkdən imtina edir və yerlərdə qeyri-sabitliyi və cinayətkar fəaliyyəti davam etdirir. Bu bitməlidir! Beynəlxalq hüququn əsas prinsiplərinə və dəyərlərinə hörmətsizlik Pandora qutusunu açır, buna görə bütün dünya görünməmiş xaosa qərq ola bilər”, - Şalva Papuaşvili bildirib.
Hurriyyet.az