Ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı təkliflər hazırlanacaq

 

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, hazırda qurum sənaye zonalarının yaradılması üçün potensiala malik regionları tədqiq edir: "Bildiyiniz kimi, ötən illər ərzində ölkədə beş sənaye parkı, dörd sənaye məhəlləsi yaradılıb. Yeni sənaye zonalarının yaradılması ilə bağlı iş davam edir. Hazırda biz hər bir rayonun potensialının qiymətləndirməsini aparırıq”.

N.Səfərov əlavə edib ki, sənaye zonalarının yaradılacağı rayonların adları tədqiqatın başa çatmasından sonra açıqlanacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda Sumqayıt kimya-sənaye parkı, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.

Bir müddət əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev Ağdam, Ağstafa və Qazax rayonlarında sənaye zonalarının yaradılması imkanlarının araşdırıldığını bildirmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti