8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstan Prezidenti vəzifə müddəti bitdikdən sonra öz partiyasını yaradacağını istisna etməyib. Prezident bu sözləri jurnalistlərin onun parlament seçkilərində iştirakı barəsində sualının cavabında söyləyib.
Zurabişvili Gürcüstanın Avropadakı gələcəyi naminə hər şeyə hazır olduğunu bildirib. O, prezidentlik dövrü bitən kimi öz partiyasını qura bilər. Zurabişvili deyib: “Mənim planım - əgər onu plan adlandırmaq mümkündürsə, - prezident mandatını axıra qədər başa çatdırmaq və öz rolumu icra etməkdir. Prezident dərin qütbləşmə mövcud olan ölkədə konsensusa nail olmağa cəhd göstərməlidir. Əlbəttə ki, seçkilərin keçirildiyi ildə bu, asan məsələ deyil. Seçkilər vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Doqquz tövsiyəni yerinə yetirməyə çalışan siyasi qüvvvələrin dəstəyi daha çox mühümdür”.
Salome Zurabişvilinin prezidentlik dövrü 2024-cü ildə keçiriləcək parlament seçkilərindən dərhal sonra başa çatır. Seçkilərdən sonra respublika prezidentini hökumət üzvlərindən ibarət kollegiya seçəcəkdir”.