23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı hər ikinci fərman məxfi olub.
Sozcu.info xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.
Nəşr hüquqi aktların rəsmi internet saytındakı məlumatlara əsaslanaraq hesablayıb ki, Putinin 2023-cü ildə məxfi fərmanlarının payı ümumi fərmanların 49,5%-ni təşkil edib.
Bildirilib ki, ilk dəfə 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı məxfi fərmanların sayı 47%-ə çatıb. Sonrakı illərdə ən yüksək rəqəm isə 2022-ci ildə - Ukraynada savaşın başladığı il olub – 45%.
axar.az