Gürcüstan prezidenti Rusiyanı “əbədi düşmən” adlandırıb


Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, o, Rusiya Federasiyasını həmişə Gürcüstanın düşməni hesab edib.

Sozcu.info xarici mediaya istinadla xəbər verir ki, Zurabişvili respublikanın müstəqillik əldə etdiyi bütün dövr ərzində Gürcüstana qarşı mənfi münasibət bəslədiyini bildirib. O, etiraf edib ki, onda və yaxınlarında həmişə bu hiss olub.

"Bilmirəm, bəlkə Rusiyada kimsə qonşusu ilə fərqli münasibətlərin ola biləcəyini düşünür. Amma bu gün Rusiyanın öz qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq şüurunun və ya istəyinin olduğunu göstərən bir dənə də olsun işarə yoxdur”, - deyə Gürcüstan prezidenti bildirib.

Zurabişvili onu da qeyd edib ki, atası Levan Zurabişvili kimi, o da Gürcüstan xalqının birləşməsini vacib sayır, ona görə ki, keçmiş sovet respublikasının bir düşməni var - Rusiya.

Bundan əvvəl hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirmişdi ki, Zurabişvili ölkənin rusdilli sakinlərinə qarşı faşist xarakterli bəyanatla çıxış edib.

Musavat.com





Oxşar Xəbərlər

Xəbər lenti