8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Avropa məkanında çox böyük maraqla qarşılanmaqla yanaşı, həm də Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Vurğulandı ki, bu, hazırda dünyanın böyük ehtiyac duyduğu qarşılıqlı əməkdaşlığın bəhrəsidir, eyni zamanda, Azərbaycanın böyük layihələri uğurla reallaşdırmaq iqtidarında olduğunu göstərir.Bu müsahibədə dövlətimizin başçısı bir neçə mühüm məqama aydınlıq gətirb Prezident İlham Əliyev, ilk növbədə, layihənin reallaşdırılması üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyacın olduğu bildirib. Deyib ki, ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutları layihəyə cəlb olunub, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığın qurulmasına başlanılıb.Bu layihənin getdikcə daha çox ölkələri əhatə etməsinin dövlətimizin başçısının uzaqgörənliyinin nəticəsi olmaqla yanaşı, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi artan nüfuzunun göstəricisidir. Layihənin həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdiyi göz qabağındadır.Prezident İlham Əliyevin Bakıda keçiriləcək COP29-la bağlı sualına cavabında səsləndirdiyi “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır” kimi fikirlərin ölkəmizin yaşıl enerjiyə keçidə verdiyi önəmin və bu istiqamətdə reallaşdırılan layihələrin, o cümlədən bərpaolunan enerji sahəsində görülən işlərə əsaslandığını qeyd edib. Bildirib ki, Azərbaycan ənənəvi enerji mənbələri ilə zəngin ölkə olmasına baxmayaraq, bu sərvətdən düzgün istifadə etməyə nail olub, gələn gəlirləri müasir dövrün tələblərinə uyğun sahələrə yönəltməyi bacarıb. Son zamanlar yaşıl enerjiyə keçidlə bağlı layihələr üzrə imzalanan müqavilələrin bunun bariz nümunəsi olduğunu vurğulayıbnlar yaşıl enerjiyə keçidlə bağlı layihələr üzrə imzalanan müqavilələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Bu gün Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə Azərbaycan Avropanın enerji təchizatında aparıcı rol oynayan ölkəyə çevrilib, ona etimad artıb. Bunun üçün yeni interkonnektorlar da inşa olunur. Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir.Natiq HəsənovBülbülə bələdiyyəsinin sədri
Sozcu.info