Ərdoğan mayda ABŞ-a səfər edə bilər – KİV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər çərşivəsində Ərdoğanın Amerika Prezidenti Co Baydenlə danışıqlar aparması da istisna deyil.

Nəşrin məlumatına görə, mənbələr bu barədə Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında təmasların nəticələrinə əsasən xəbər verib. Belə ki, bu görüşdə Türkiyə liderinin ABŞ-a səfəri, o cümlədən səfərin təxmini tarixi də müzakirə olunub.

Qəzet həmçinin yazıb ki, Amerika administrasiyasının proqramında seçkiqabağı gərginliyi nəzərə alsaq, Ərdoğanın Vaşinqtona səfəri mayın ikinci həftəsində, yəni mayın 9-da baş tuta bilər.

Yeniavaz.com



Oxşar Xəbərlər

Xəbər lenti