8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Bu tarixi hadisə Azerbaycan xalqı üçün çox böyük simvolik önəməmalikdir. Çünki Xankəndi şəhəri qondarma Dağlıq Qarabağ respublikasının mərkəzi idi. İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu erməni silahlı birləşmələrini sarsıdıcı məğlubiyyətə uğradaraq işğalaltında olan ərazilərimizin böyük bir hissəsini azad etdi.Lakin ermənilər sonrakı dövrdə müharibənin yekunu olaraq imzalanan üçtərəfli bəyannamənin şərtlərini kobud şəkildə pozaraq müvəqqəti olaraq onların nəzarətində qalmış ərazilərdə xalqımıza qarşı təxribat xarakterli tədbirlər həyata keçirirdilər. Məhz buna görə 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində bu ərazilər terrorçu erməni ünsürlərindən təmizləndi. Prezident İlham Əliyevöz çıxışı zamanı bu məsələyə toxunmuşdur:“Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.”Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə dövlətimiz hər vasitə ilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışırdı. Lakin Ermənistan respublikasıatəşkəsi tez-tez pozub cəbhə xəttində təxribatlar törətməklə Azərbaycanın sülhməramlı cəhdlərini rədd edirdi Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar isə münaqişənin həlli üçün Ermənistana təzyiq göstərmək əvəzinə Azərbaycanı hərbi yoldan çəkindirir və bu münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü vurğulayırdılar. Lakin Azərbaycan münaqişəni hərbi yolla həll edərək öz gücünü bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı öz çıxışı zamanı bu məsələyə də toxundu: “Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”Bu gün Azərbaycan respublikası qazanmış olduğu bu böyük qələbədən sonra yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və regionun iqtisadiyyatının bərpası nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənəcəkdir.Bəhruz Mehdiyev
Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info