Zurabişvili Makrona müraciət edib - prezidentlə müxalifət hakim partiyaya qarşı


Xarici təsirlərə qarşı qanunun qəbul edilməməsi üçün xaricdən dəstək gözlənilir


Sozcu.info xəbər verir ki, parlamentin "Xarici təsirin şəffaflığı" barəsində qanunu qəbul eləməsinə qarşı çıxan Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 16-da fransalı həmkarı Emmanuel Makron ilə Avropa Şurasının sədri Şarl Mişelə müraciət edərək,  Gürcüstanda baş verən son hadisələrin Avropa Şurasının iclasında nəzərdən keçirilməsini xahiş edib.
Bu barədə məlumat jurnalistlərə Gürcüstan Prezidentinin Administrasiyasında verilib.
Zurabişvili Gürcüstanın hakim partiyasının "Xarici təsirin şəffaflığı barəsində" qanun qəbul eləmək planını "təxribat" adlandırıb. Prezident müxalifətin parlament binasının qarşısında təşkil elədiyi etiraz aksiyasının iştirakçılarını dəstəkləyib.
Xəbər verdiyimiz kimi, aprelin 15-də xarici agentlər barəsində qanun layihəsinin müzakirəsi zamanı Gürcüstan parlamentində kütləvi dava baş verib.
İclasın gedişində "Vətəndaşlar" adlı müxalif partiyanın başçısı Aleko Elisaşvili parlamentdəki əksəriyyətin lideri və "Gürcü arzusu - Demokratik Gürüstan" partiyasının icraçı katibi olan Mamuk Mdinaradzeyə hücum edib. Bununla da Mamuk Mdinaradzenin "Xarici təsirin şəfafflığı" qanun layihəsi barəsində çıxışı yarımçıq qalıb.
Bundan sonra deputatlar kütləvi şəkildə əlbəyaxa olublar.
Həmin gün parlament binasını mühasirəyə almaq istəyən etirazçılarla polis arasında dəfələrlə qarşıdurma yaranıb, polis əməkdaşlarına su şüşələri atılıb.
Aprelin 16-da da parlament binasının qarşısında mitinq keçirilib.
Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinə səsvermə aprelin 17-nə təxirə salınıb.



Oxşar Xəbərlər

Xəbər lenti