8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər.Konfrans dövlət başçılarının bəyanatları ilə başlamış və jurnalistlərin suallarının cavablandırılması ilə davam etmişdir. Prezident İlham Əliyev burada öz çıxışı zamanı 3 əsas məsələyə toxundu:1. Azərbaycan-Almaniya əlaqələri 2. İqlim təhlükəsizliyi və yaşıl enerji 3. Regionda beynəlxalq təhlükəsizlik və Ermənistanla sülh prosesi Prezident İlham Əliyev öz çıxışı zamanı son bir ildə Azərbaycan-Almaniya əlaqələrinin intensivləşdiyini və müxtəlif məsələlər ilə bağlı faydalı əməkdaşlığın bundan sonrada yüksələn xətlə davam edəcəyini vurğuladı. Prezident ayrıca Azərbaycan və Ermənistan respublikaları arasında münaqişənin nizamlanması və sülh prosesinin sürətləndirilməsində Almaniya dövlət başçısının təşəbbüslərini yüksək qiymətləndirib öz təşəkkürünü bildirdi.Daha sonra cənab Prezident iqlim təhlükəsizliyi və yaşıl enerji layihələrinin gerçəkləşdirilməsində Azərbaycanın əldə etdiyi uğurlar və gələcək planları haqqında danışdı. Sitat: “Bu gün səhər çıxış edərkən bildirdim ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.”Prezident İlham Əliyevin çıxışında toxunduğu digər mühüm məsələ isə regionda təhlükəsizlik və qalıcı sülhün təmin olunmasında Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında oldu. Stat: “Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk. Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq.”Dövlət başçılarının bəyanatlarından sonra jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırıldı. Bəhruz MehdiyevSuraxanı rayonu, 280 nömrəli tam orta məktəbin direktor müavini
Sozcu.info