Gürcüstanın Baş naziri Prezidentlə salamlaşmadı, onu "satqın" adlandırdı

Hökumət başçısı dövlət başçısına görə gürcü xalqından üzr istədi
Sozcu.info xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini "satqın" adlandırıb - onun fikrincə, Zurabişvili dövlətin milli maraqlarını satır.
Kobaxidze ölkənin Müdafiə Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən Prezident Salome Zurabişvilini salamlamaqdan imtina edib, onu Konstitusiyanı pozmaqda ittiham edib.
 "Sputnik Gürcüstan" agentliyinin məlumatına görə, Kobaxidze deyib: "Ən kədərlisi budur ki, indiyə qədər hüquqi olaraq Gürcüstan Prezidenti adlandırılan şəxs sözün əsl mənasında sadəcə bu ölkəyə xəyanət edib. O, Gürcüstanın milli maraqlarını satır". KObaxidzenin fikrincə, Zurabişvilinin ölkə prezidenti postunu tutması kədərlidir. Buna görə o, "gürcü xalqından şəxsən üzr" istəyib. 
Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti