27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
XX əsrin 90-cı illərin əvvəllərində Azərbaycan çox mürəkkəb və qarışıq tarixi proseslərin sınağından keçirdi. Bununla yanaşı ərazi bütövlüyümüzə olan qəsdlər, siyasi arenadakı hakimiyyət mübarizəsi, ölkənin bütün sahələrinə mənfi təsir göstərmişdi. Qeyri-sabit siyasi vəziyyət topaqların itirilməsi, dövlətçiliyimizi təhlükə altına almışdı. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və xalqımız humanitar fəlakətlə üzləşdi. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi. Belə xaotik vəziyyətdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi, xalqımız üçün yeni ümid oldu. Uzaqgörən siyasəti, vəziyyəti düzgün qiymətləndirməsi, Heydər Əliyevə vəziyyəti nəzarətə almağa imkan verdi. Siyasi vəziyyətdə stabillik yaradan Ulu Öndər demak olar ki, sıradan çıxmış iqtisadiyyatı bərpa etmək, ölkəyə kapital axının təmin etmək üçün neft strategiyasını irəli sürdü. Olduqca çətin proses olan bu məsələ uzaqgörən Liderimizin səyi nəticəsində dövlətimiz üçün müsbət həllini tapdı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə Azərbaycan dünyanın enerji mərkəzlərindən birinə çevrildi. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. Qısa müddət ərzində Azərbaycan böyük şirkətlərin diqqət mərkəzinə çevrildi. Üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədi. Heydər Əliyevin əsasını qoyduğu neft trategiyasının daha da inkişaf etməsini, Cənab Prezident İlham Əliyevə borcluyuq. Özünü Heydər Əliyev kursunun layiqli davamçısı kimi sübut edan, İlham Əliyev ölkəmizin enerji potensialını yeni inkişaf mərhələsinə çıxartdı. Neftlə yanaşı Azəbaycan qazının da dünya bazarına çıxarılması, qarşımızda yeni prespektivlər açdı. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, ehtimal etmək olar ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Azərbaycan etibarlı tərəfdaş kim götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi əlamətdar hadisədir. Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. Hazırda iki layihə işlənilməkdədir. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var.2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir. Biz neft ölkəsiyik. Buna görə hec kim bizi günahlandıra bilməz. Azərbaycan hakimiyyəti bu üstünlüyü dövlətin inkişafına yönləndirib. Yoxsulluq 50 faizdən 5 faizə endirilib, xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq. Hazırda düyada gedan bütün proseslərə dövlət olaraq cox böyük həssaslıqla yanaşırıq. Burada həyəcan doğuran əsas məsələ ekoloji böhrandır. Azərbaycan da bu qlobal problemdən əziyyə cəkir. Əsas məsələlərdən biri Xəzər dənizinin geri çəkilməsidir.Bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Buna görə biz məsulliyyət daşımırıq. Çəkilmənin qarşısını almaq üçün dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Əlavə olaraq, tərəfdaş ölkələrlə birgə çalışırıq. BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis edilib. Qoşulmama Hərəkatının keçmiş sədri qismində Azərbaycan 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışılır. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.Hazırda COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Bütün gücləri səfərbər edib mövcud vəziyyəti nəzarətə almaq, gələcək nəsillərin yaşaya biləcəyi dünya yaratmaq lazımdır. Bunun üçün Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı uğurlu çox istiqamətli siyasətinin tam dəstəkçisidir. Çünki xalq olaraq biz təkcə ekoloji problemlərdən əziyyət çəkmirik. Eyni zamanda dünya ictimayyətinin fikrini, həm də azad olunmuş torpaqlardə erməni vandalizminin qurbanına çevrilmiş, tarixi abidələrimizəyönəltmək istəyirik. Xalq olaraq inanırıq ki, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətlə bu məsələ öz ədalətli həllini tapacaq.
Məcid RəsulovSuraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info