28-04-2025, 21:13
27-04-2025, 16:04
25-04-2025, 15:54
25-04-2025, 15:51
25-04-2025, 15:48
Tarixdən də məlumdur ki, makedoniyalılar qədim tarixə malik olan xalqlardandır. Uzun illər müxtəlif dövlətlərin müstəmləkəsi olsa da, öz milli şüurlarını itirməmişdilər. Yuqoslaviyanın dağılması nəticəsində yaranan Şimali Makedoniya tarixinin Azərbaycan tarixi ilə bağlı oxşar məqamlarıçoxdur.
Bu gün Azərbaycan Balkan ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirmişdir. Belə ki, Balkan Qərblə Şərqin arasında ticarət, nəqliyyat və tranzit əlaqələrinin qurulmasındamühüm rol oynayır.Məlumdur ki, bir neçə ildir davam edən Rusiya – Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb, bu məqam təbii olaraq Balkan dövlətlərinin də düşündürür.Azərbaycan Balkanda yerləşən Şimali Makedoniya üçün cəlbedici ölkədir. Oxşar tarixi proseslər, əlbəttə ki, Azərbaycanın neft və təbii qaz ehtiyatları dövlətlərimiz arasında münasibətlərin inkişafını labüd edir.Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulmuşdur və Azərbaycan Şimali Makedoniyanı müstəqil dövlət kimi qəbul etmişdir. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, həmçinin Şimali Makedoniyaya da səfir təyin edilib. İki ölkə arsında əməkdaşlıq siyası, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş olması Avropa İttifaqı Dövlətlərinin maraqlarını təmin edir. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın marağındadır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Resublikası Prezidenti Qordana Silyanovska Davkova ilə görüş zamanı bildirdi ki, iki ölkə arasındakı əlaqələr dinamik xarakter daşıyır, bunun əyani sübutu qısa zamanda II görüşün təşkil edilməsidir. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, dövlət qurumları sıx təmasda olmalıdır. Eyni zamanda, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. İki ölkə arasında son zamanların ən mühüm hadisəsi ondan ibarətdir ki, Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılmışdır və müntəzəm olaraq qazın nəqli davam edəcək. Şimali Makedoniya Resublikası Prezidenti Qordana Silyanovska Davkova dəvətə görə İlham Əliyevə təşəkkür etdi. Səmimi qonaqpərvərliyə və fikir mübadiləsinin aparılması fürsətinə görə minnətdarlığını bildirərək qeyd etdi ki, qarşıdakı illərdə biz daha güclü əməkdaşlığa nail ola biləcəyik. Şimali Makedoniya Resublikası Prezidenti Qordana Silyanovska Davkova Şimali Makedoniya və Azərbaycan Respublikası arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləvğ edilməsindən danışıb. Bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəyini bildirib. Prezident xanım Qordana Silyanovska Davkova Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyini qeyd etdi. Bundan əlavə çıxışında prezident elm sahəsində də universitetlərimiz arasında da əməkdaşlığın qurulması məsələsinə toxundu. Bu səfər iki ölkə arasında münasibətlərini daha da inkişaf edəcəyinin əyani sübutudur.Könül HüseynovaSuraxanı rayonu, Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info