Şahdəniz” yatağı “Cənub qaz dəhlizi” nin ehtiyat mənbəyidir

Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir. Bu məqalə Cənubi Qafqazda lider ölkə kimi Azərbaycan Respublikasının enerji təhlükəsizliyi kontekstində rolunun təhlilinə həsr edilmişdir. Azərbaycanın enerji əməkdaşlığı sferasında bu rol ölkənin milli iqtisadiyyatının davamlı inkişafına təkan verir və stimullaşdırır. Bu hadisə təkcə ölkəmizdə neft-qaz sənayesinin deyil,  ümumilikdə  xalqımızın tarixində  özünün xüsusi əhəmiyyəti ilə digər layihələrdən fərqlənir. Çünki Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin həm təşəbbüskarı və aparıcı qüvvəsi mövqeyindən bu layihədə iştirak edir. “Cənub qaz dəhlizi” layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya dövlətləri iştirak edir. Hazırda  üç Balkan ölkəsi-Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi” nin “qol” ları zaman keçdikcə şaxələnəcəkdir, çünki Avropa ölkələrində  Azərbaycan qazına tələbat vardır. Bu isə Azərbaycana qaz ixracı imkanlarını getdikcə daha da  genişləndirmək imkanı verir.
Şahdəniz” yatağı “Cənub qaz dəhlizi” nin ehtiyat mənbəyidir. Hazırda burada iki hasilat platforması istismar olunur və təsadüfi deyildir ki, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarını “Şahdəniz” yatağının qoşa qanadı da adlandırırlar. “Şahdəniz Alfa” 15 ilə yaxındır yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində fəaliyyət göstərir. “Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınmışdır.Beləliklə, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı dünya neft-qaz təsərrüfatı sistemində yeni və ən sərfəli mənbələrdən biri hesab edilə bilər.  Həmçinin, “Cənub qaz dəhlizi” Avropa ölkələrinə axıdılan qazı əhatə edən yeni enerji damarı olmaqla bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən hər bir ölkənin maraqlar balansı gözlənilir. Yəni layihənin iştirakçı tərəflərinin maraqları təmin edilir və  bu da bütün iştirakçı dövlətlərin həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də dövlətlərarası əlaqələrin genişləndirilməsində çox önəmli amil rolunu icra edən əsas şərtlərdən biridir.
Hazırda ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatı 3,5 trilyon kubmetrə yaxındır və bu da Azərbaycanın ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin etmək anlamına gəlir. Üstəlik “Şahdəniz” yatağı ilə yanaşı, “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər yataqlar da Cənub Qaz Dəhlizinin növbəti inkişaf mərhələsində ehtiyat bazası ola bilər. Cənub Qaz Dəhlizi ölkədə digər qaz yataqlarının işlənməsinə təkan verdiyinə görə də çox əhəmiyyətlidir. 2019-2020-ci illərdə “Abşeron”qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Qarabağ”, “Ümid” yataqları üzrə görüləcək işlər yaxın gələcəkdə ölkənin qaz hasilatında artımı təmin edəcək. Bu layihə Azərbaycanın Avropadakı strateji mövqeyini gücləndirir.
2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya  nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb.  uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Avropanın bazarının mühüm qaz tədarükçülərindən birinə çevrilib.
“Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir: “Yeni marşrut, ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, respublikamız üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq regional inteqrasiya prosesinə güclü təkan verəcək. Özündə Cənub Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsini, Türkiyədə TANAP qaz kəmərinin və Avropada TAP qaz kəmərinin tikintisini birləşdirən və 3500 kilometrdən də uzun məsafəni əhatə edən “Cənub” qaz dəhlizi istər geosiyasi, istər isə mühəndislik nöqteyi-nəzərindən indiyədək dünyada həyata keçirilən ən mürəkkəb və əhəmiyyətli layihələrdən biridir. Hazırda “Cənub” qaz dəhlizindən bəhs olunarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, onun təşəbbüskarı da, icraçısı da Azərbaycandır və layihənin reallaşdırılmasında Prezident İlham Əliyevin siyasi iradəsi həlledici rol oynayır.
Beləliklə bu layihə hesabına Azərbaycan öz qazını 12 ölkəyə çatdırır.Bunlardan 10-u Avropa ölkəsi və 8-i Aİ üzvüdür.Hazırda Azərbaycan tam sürətlə və uğurla öz neftini dünya bazarına çıxarır. Qazımızın da artıq bu o deməkdir ki, satışı da dünya miqyasındadır və xüsusilə Avropa ölkələrinə satışı edilir.Bununla da artıq bu sahədə uğurla satış siyasəti apararaq inteqrasiya edirik.Qazımızın və neftimizin satış arealının bu layihələr hesabına satışının genişlənməsinin səbəbi, bizim xammalımız təmiz və yararlı olması səbəbidir. Bu Layihə bizim xarici əlaqələrimizə, xarici siyasətimizə çox müsbət təsir etmiş və edir. Bu uğurlu layihənin qurucusu isə İlham Əliyevdir.
Sevda Mirzəzadə
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti