13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Sozcu.info xəbər verir ki, Amerikanın "Axios" nəşrinin məlumatına görə, Rusiya mayın 12-də atəşi dayandırmasa belə, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.Rusiya tərəfi mayın 15-də Türkiyədə danışıqlar aparmağı təklif edib. Sayt yazır: "Ukraynalı məmurun verdiyi məlumata görə, Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı günü Türkiyədə səfər edəcək".Rusiya Prezidenti Vladimir Putin mayın 11-də, gecə bəyanat verərək, mayın 15-də, cümə axşamı günü İstanbulda Kiyevlə "birbaşa danışıqlar" aparmaq niyyətində olduğunu bildirmiş, lakin 30 günlük aəşkəs barəsində söz deməmişdi.Mayın 11-də ABŞ Prezidenti Donald Tramp Ukraynanın dərhal Kremlin lideri Vladimir Putinlə mayın 15-də Türkiyədə danışıqlar aparmaq təklifinə (hətta danışıqlarda 30 günlük atəşkəs razılaşması nəzərdə tutulmasa belə) razılaşmalı olduğunu bəyan etmişdi. Ukrayna Prezidenti Vladimir Zelenski mayın 11-də, axşam saatlarında bəyan etmişdi ki, Rusiya Federasiyasının mayın 12-də atəşkəsə başlamasını gözləyir və mayın 15-də, Türkiyədə şəxsən Vladimir Putin ilə görüşü gözləyəcək.Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya tərəfinin də Ukrayna Prezidenti Vladimir Zelenski kimi, Türkiyədə şəxsi görüşə hazır olmaq cəsarətinin olduğuna şübhə etdiyini bildirib.