28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşlardan biridir, bəlkə də birincisidir”.
Bu sözləri Sozcu.info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən biri uzun müddətdir ki, iqtisadi əməkdaşlıqdır:
“Bu, həm Azərbaycanın beynəlxalq və regional layihələrdə rolunun böyük olmasından, həm də Gürcüstanın bu layihələrdən yararlanmaq imkanı əldə etməsindən qaynaqlanır. Yəni regionda hər iki ölkənin bir-biri üçün müstəsna əhəmiyyəti var və bu, onları sadəcə qonşuluq prinsipi çərçivəsindən çıxararaq strateji tərəfdaş səviyyəsinə çatdırıb”.
Eldəniz Əmirov xatırladıb ki, Gürcüstan Azərbaycandan aldığı 2 milyard kubmetrdən artıq qazla enerji ehtiyatının böyük hissəsini təmin edir:
“Eyni zamanda Bakıdan Tiflisə neft və neft məhsullarının nəqli Gürcüstanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat marşrutları vasitəsilə Gürcüstan regionda Orta dəhlizin əsas ölkələrindən birinə çevrilib ki, bu dəhlizin əsas infrastrukturunu Azərbaycan qurub və təşəbbüsünü irəli sürüb. Digər tərəfdən, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi, o cümlədən Xəzər dənizi, Avropa İttifaqı və yaşıl enerji dəhlizlərinin yaradılmasında Azərbaycan əsas rol sahibidir. Gürcüstan isə bu proseslərdə öz dividendlərini əldə edən əsas ölkələrdən biri olmaqla Azərbaycan üçün birinci strateji tərəfdaş hesab olunur.
Hazırkı vəziyyətdə, məsələn, Xəzərin şərqindən Mərkəzi Asiya respublikalarına gedən enerji axını əsasında bu respublikaların Azərbaycan tərəfindən təşəbbüs olunan yaşıl enerji dəhlizinə qoşulmaq istəyi Gürcüstan üçün də tranzit ölkəsi rolunu gücləndirəcək və onun maliyyə töhfələrini artıracaq”.
İqtisadçı qeyd edib ki, burada digər vacib məsələ ticarət dövriyyəsidir:
“İki ölkə arasındakı ticarət dövriyyəsi 800 milyon dolları ötür, lakin bir neçə ildir ki, bu rəqəmdə əhəmiyyətli artım müşahidə olunmur. Bu isə göstərir ki, artan iqtisadi münasibətlər fonunda ticarət dövriyyəsinin də artırılması üçün potensial mövcuddur. Hazırda Gürcüstanın ticarət dövriyyəsində Azərbaycanın payı hələ yüksək səviyyədə deyil. Mövcud strateji tərəfdaşlıq və potensial çərçivəsində bu rəqəmlərin yüksəlməsi üçün geniş imkanlar var. Təbii ki, prezidentlər səviyyəsində aparılan görüşlər vasitəsilə bu imkanların daha da səfərbər edilməsi və reallaşdırılması mümkündür”.Musavat.com