8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz. Siz bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
Sozcu.info apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib.
V. Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: "Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”.