8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bəs, görəsən Kürün yeni ekoloji tarazlığına çevrilən bu süni sistemi daha təbii və rentabelli döngü (sırkulyasiya) ilə əvəz etmək olmazdımı? Axı Kür minillərdir axır, vaxtilə nə çayın dibini dərinləşdirən CSD-500" markalı torpaqsoran qurğular, nə Türkiyə istehsalı olan 6 ədəd yedək təchizat gəmisi, nə də 3 ədəd tədqiqat və 3 ədəd kiçik həcmli xilasedici katerləri vardı. Kür isə axır, Azərbaycan torpaqlarına bərəkət verirdi. Niyə o zaman indiki problemlər yaşanmır, Kürətrafı kəndlər sel altında qalmırdı? Ümumiyyətlə, Kürün ənənəvi ekoloji sistemi üzərində qurulan bu süni döngü korrupsiya pullarının yuyulması üçünmü yaradılıb?
Bizi düşündürən suallarla bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Auditorlar Palatasının Qanunvericilik və Hüquq məsələləri üzrə Komitəsinin sədri Elçin Qurbanov Ovqat.com-a verdiyi açıqlamada saytımız vasitəsilə DDİİ-də baş verənlə tanış olduğunu bildirdi. Onun sözlərinə görə, ilk baxışdan məlumatlarda korrupsiya iddiaları, həqiqətən də, tam təsdiqini tapıb: "Amma qəti cavab vermək üçün məlumatları yerində yoxlamaq və maliyyə təsərrüfat fəaliyyətlərinin auditini aparmaq lazımdır. Hələlik isə saytınızın ortaya qoyduğu faktlar barədə yalnız mülahizələr yürütmək mümkündür”.
Elçin Qurbanovun ilkin mülahizələrinə gəlincə, ehtimal olunan korrupsiya əməlinə zəmin hazırlayan amilləri iki qrupa bölmək olar: obyektiv səbəblər və subyektiv səbəblər.
Həmsöhbətimizin fikrincə, 2010-cu ildə Kür daşqınlarının nəticələrini aradan qaldırmaq üçün Azərbaycan hökumətinin FHN-nin tərkibində "Dibdərinləşdirmə” idarəsi yaratması o günün zərurətindən meydana gəlsə də, təcili addım idi və çox maliyyə tələb edirdi: "Zamanla bu tədbirləri daha rentabelli hala gətirmək və büdcədən maliyyələşən qurumun yerinə büdcəni qidalandıran müəssisələr yaratmaq olardı. Nəticədə korrupsiyanın çiçəklənməsinə şərait yaranmazdı”.
Kürün daşmasının qarşısını almaq üçün yaranan zərurəti problemin obyektiv, bundan öz mənfəəti üçün yararlanan qurumların daha effektli tədbirlərə keçməməsini isə subyektiv amillərə aid edən Elçin Qurbanov fikirlərini belə əsaslandırdı:
"Əslində Kür çayı qədim zamanlarda da öz məcrasından çıxır, tez-tez daşırdı. Daşqınların səbəbi çayın gətirdiyi qum və lillərin məcranı tutmasıdır. Məlumdur ki, Kür hər il Xəzərə min tonlarla lil və qum daşıyır. Kürü əsas çirkləndirən isə deltadan 236 km aralıda ona birləşən Araz çayıdır. İddialara görə, təkcə Arazın Kürə gətirdiyi lil ildə 11 min ton civarında olur. Bu lillər və qumlar dənizə tökülərək toplanır və çayın deltasını formalaşdırır. Bəzən bu qum yığılmaları o qədər böyük olur ki, Kürün məcrasını dəyişdirir. Hazırda "Kür dili” kimi tanınan yarımadanın bir zamanlar delta olduğu güman edilir. Çayın gətirdiyi qumların deltanı dənizin içərilərinə doğru apardığı və çay yatağını doldurduğu, nəticədə isə Kürün öz məcasından çıxdığı bəllidir. Əslində bu gün də baş verən eyni prosesdir və "Dibdoldurma” İdarəsi bu prosesin qarşısını almaq üçün yaradılıb.
O halda ikinci sual ortaya çıxır: Sovet hökuməti dövründə niyə belə böyük daşqınlar baş vermirdi?
İqtisadçı ekspert bunu 2 mühüm səbəblə əsaslandırdı:
Ekspertin fikrincə, məhz bu iki amil sovet dövründə Kürün tutulmasının qarşısını alır və sahil boyu həyat öz axarında gedirdi: "O dövrlərdə yüzlərlə Neftçala əhalisi balıq kombinatında işləyir, evlərinə çörək aparırdı. Bölgənin insanları balıqçılıqla məşğul olur, hər kəsin süfrəsinin əsas təamı da dəniz heyvanları idi. İndisə nə o müəssisə var, nə də o balıqçılar. Əvəzində bu işi FHN-nin nəzdində yaradılan bir idarə mövcuddur ki, orada da cəmi 110 nəfər işləyir. İdarə rəhbərliyinin bütün fəaliyyəti su altında qaldığından görülən işlərə nəzarət etmək imkanı da yoxdur. Ən pisi isə odur ki, idarənin gördüyü işin məcmusu olan sudurulduculardakı vəziyyət də sənədlərdə göstərildiyi kimi deyil. Sizin sözünüz olmasın, 200 qramlıq stəkana 1 litr su doldurublar, qabın yarısı da boş qalıb”.
Elçin Qurbanovun fikrincə, əslində təsərrüfat hesablı görünsə də, faktiki büdcə tərəfindən maliyyələşdirilən bu idarəyə çəkilən xərcin 1/10-u Neftçala Balıq Kombinatına qoysaydılar, həm əhalinin məşğulluq potensialı artar, balıqçılıq sektoru inkişaf edər, həm də dəniz məhsullarının ixracı artar və çəkilən xərclər qat-qat artıqlaması ilə geri qayıdardı: "Nə yazıq ki, bizimkilər faydalılıq əmsalını düşünmədən hərəkət edirlər”.