Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

 


 


 

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov 2019-cu il martın 18-də  Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının  binasında  aztəminatlı ailələrin nümayəndələri ilə görüşmüşdür.

    Millət vəkili K.Qafarov ölkəmizdə gedən son quruculuq proseslərindən, sosial-iqtsadi tərəqqidən,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının əhalinin rifahının yüksəldilməsinə yönəlmiş, xalqın ürəyindən  xəbər vermiş tarixi sərəncam və fərmanlarından, yeni islahatların stragesiyasından geniş söhbət açmışdır.

       Sakinlər ötən həftənin sonunda öz işini başa çatdırmış Bakı Humanitar Forumu, Azərbaycana onlarla dünya şöhrətli siyasi xadimin gəlişi, ondan əvvəl ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanını Şamaxı və Ağsu rayonlarında zəlzələdən ziyan çəkmiş insanlarla görüşü və digər əlamətdar hadisələr haqqında ətraflı  şəkildə məlumatlandırılmışlar.

      K.Qafarov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayaraq 431 ailəni ürəkdən sevindirmiş və hər azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübuta yetirmişdir.

        Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və sakinlər  çıxış edərək əhalinin rifahına yönəlmiş son sərəncam və fərmanlara görə  ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

      Görüşün sonunda  millət vəkili tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmiş, aztəminatlı ailələrə, əlil və şəhid ailələrinə bayram sovqatları təqdim olunmuşdur.

aia.az 

                               Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

Aztəminatlı ailələrin nümayəndələri ilə görüş-FOTO

 


 

 




Oxşar Xəbərlər

Xəbər lenti