“Elinanın ölümünün günahkarı birbaşa məktəb direktorudur” - Ekspertlərdən İTTİHAM

“Elinanın ölümünün günahkarı birbaşa məktəb direktorudur” - Ekspertlərdən İTTİHAM

 

"Elinanın özünü öldürməsinin günahkar birbaşa məktəb direktorudur”.

Sozcu.info  xəbər verir ki, bu sözləri BakuPost-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

O bildirib ki, istər təhsil haqqında qanunda, istərsə də digər normativ sənədlərdə belə bir bənd yoxdur ki, məktəbdə uşağın başına gələn hansısa hadisəyə görə məktəb rəhbərliyi məsuliyyət daşıyır, amma mənəvi tərəfdən bütün dünyada uşaqların məktəbdə olduğu müddətdə təhlükəsizliyi, təhsili və davamiyyətinə görə məktəb cavabdehdir: "Bu, yazılmamış qanundur. Günahkar tərəf birbaşa məktəb direktorudur”.

Ekspert həmçinin, məktəb psixoloqlarını sərt tənqid edib: "Məktəb psixoloqları təcrübəsizdir, onların praktikası çox zəifdir. Onlar uşaq psixologiyasından demək olar ki, xəbərsizdirlər”.

Təhsil eksperti Kamran Əsədov da eyni situasiya ilə bağlı həmkarı ilə eyni mövqedədir. K.Əsədov da BakuPost-a açıqlamasında deyib ki, təhsil ocaqlarında da təhlükəsizlik üçün məsuliyyəti müəssisənin rəhbəri daşıyır.

 

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Ekspert deyib ki, orta məktəblərdə təkcə tədris və təhsil aşağı səviyyədə deyil, eyni zamanda elementar təhlükəsizlik qaydalarına da riayət olunmur: "Digər müəssisə və obyektlərdə olduğu kimi təhsil ocaqlarında da təhlükəsizlik üçün məsuliyyəti müəssisənin rəhbəri daşıyır. Təhsil müəssisələrində kənar şəxslərin daxil olmasına yol verilməməlidir. Hündürmərtəbəli məktəb binalarının pəncərələri şagirdlər üçün açıq olmamalıdır. Onlar mühafizə olunan dəmir barmaqlıqlarla bağlanmalıdır. Təəssüf ki, məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizliklik qaydalarına nəzarət etmirlər. Onsuzda bu gün orta məktəblərdə buraxılış və qəbul imtahanlarının nəticəsi Təhsil Nazirliyinin və orta məktəblərin nəticəsi deyil, bu repetitorların və hazırlıq kurslarının nəticəsidir. Onların üzərinə orta məktəblərdə təhlükəsiz tərbiyə vermək düşür ki, onlar onun da öhdəsindən gələ bilmirlər. Bu vəzifə funksiyasının yerinə yetirməmək deməkdir. Yəni əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Ona görə də hesab edirəm ki, müvafiq qurum əmək məcəlləsinin tələbləri pozulduğuna görə direktorları işdən azad etməlidir”.

K.Əsədovun sözlərinə görə, cəza tədbiri mütləq şəkildə görülməlidir. Aydın olur ki, psixoloq və direktor öz vəzifəsinin ödəsindən gələ bilmir: "Təəssüf ki, orta məktəb bu sahəyə dırnaqarası yanaşır. Baş verən hadisələr Təhsil Nazirliyinin vəzifəsinin öhdəsindən gələ bilmədiyini təsdiq edir. Onlar məktəblərə nəzarət edə bilmir”.



Oxşar Xəbərlər

Xəbər lenti