8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Zaminbank"ın filial müdiri və onun işçiləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər çalışdıqları bankın külli miqdarda pulunu mənimsəməkdə ittiham edilirlər.
Sozcu.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Dünən prokuror Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəmişdi.
Prokuror digər təqsirləndrilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.
Lakin açıq keçirilən məhkəmə iclasında hökmün elanı təxirə salınmışdı. Jurnalistlərin iştirakına narazılıq yaradılan məhkəmədə dünən müəmmalı şəkildə hökm elan edilib. Əldə etdiyimiz məlumata görə, bu iş üzrə hökm elə dünən- noyabrın 14-də oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.
Daha əvvəl isə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.
"Zaminbank"ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.
Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.
Təqsirləndirilən şəxslərin anket məlumatlarında yazılır ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir.
O, "Zaminbank"dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.
Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.
Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub.
Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.
İş üzrə zərərçəkmiş tərəf- "Zaminbank"ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.
Onların hər biri ev dustaqlığında idi.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.