10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Avromed"lə iki dəfə baha dərman anlaşması, xəstə oyunçular... - AFFA-nın baş katibinə sensasion ittihamlar
Azərbaycan millisinin sabiq həkimi Naib Abdulla maraqlı açıqlamalar verib.
"Yeni Sabah” xəbər verir ki, o, AFFA-da çalışdığı dönəmdə olan yeyintilərdən, özünə qarşı olan haqsızlıqlardan, futbolumuzdakı çirkinliklərdən danışıb.
Sabiq həkimin yazısını olduğu kimi sizə təqdim edirik:
"Futbol üzrə Avropa çempionatının 2020-ci il seçmə mərhələsi başa çatdı. Azərbaycan millisi öz qrupunda 8 oyunda 1 xal toplamaqla Avropanın 55 ölkəsi içərisində San Marino və Cəbəllütariq istisna olmaqla utancverici 53-cü yeri tutub. Yekun olaraq, AFFA-nın baş katibi Elxan Məmmədov isə radio ilə son çıxışında "fəaliyyətlərini" heç də uğursuz adlandırmır və icrası ona tapşırılan Azərbaycan futbolunun inkişafını özünəməxsus yalanları ilə 10 milyon insana sırımaqda davam etdi.
AFFA İcrayyə Komitəsinin üzvü Mahir Məmmədov və baş katib Elxan Məmmədovun sözlərindən belə çıxdı ki, biz elə püşk atılanda uduzmuşduq. Çünki qrupumuzda futbol nəhəngləri var idi. Rəhbərlərin dediyindən belə qənaətə gəlmək olar ki, bizim komanda o komandaların heç biri ilə rəqabətə tab gətirə bilməzdi. Demək ki, biz Avropa çempionatına təslimçilik ruhu ilə başlamışdıq. Belə isə Avropa çempionatına formal olaraq qatılmışıqsa, ilinə 750 min verib Yurçeviçi baş məşqiçi postuna gətirməyin adı nə idi?
Futbola və futbolçulara göstərilən qayğıdan ağız dolusu danışan baş katibə demək istədiklərim var:
1. Yığma komandanın təlim-məşq toplantılarına çağrılmış 15,16,17,19 yaşlı futbolçuların tibbi müayinədən keçirilməsi məsələsi niyə öz həllini tapmır? Əgər inad edib tibbi müayinədən keçirlər demək istəyirsinizsə, talasemiya xəstəsi olan 16-17 yaşlıların düşərgəsinə baş məşqiçi Vüqar Məmmədli tərəfindən çağrılan Ramin Quliyevin millidə iştirakına nə deyə bilərsiniz?
2. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi futbolçu adı ilə millinin düşərgəsinə daşıyan, əslində isə qohum-əqrabasını, baba-nənəsini görməyə gələn Çinar Məmmədlə sizi hansı iş birliyi bağlayır?
Məsələn, Fransada yaşayan əslən azərbaycanlı Tarxan adlı futbolçu Vüqar Məmməd tərəfindən iki dəfə milliyə dəvət aldı. Birinci dəfə bir məşqdən sonra məlum oldu ki, bu uşaq məşqə yararlı deyil, çünki fallikulyar anginasına görə ciddi müayinə və müalicəyə ehtiyacı var.
Mənim təkidli tələbimdən sonra qohumları gəlib onu apardılar. 2-ci dəfə etirazıma baxmayaraq, məsləhət etmədən Vüqar Məmməd təkrar Tarxanı millinin düşərgəsinə dəvət etdi. Bu dəfə Tarxan 15 dəqiqədən sonra meydançada yıxılıb qaldı. Verilən suallara 1 saatdan sonra özünə gələn Tarxan cavab verdi ki, məndə anadangəlmə ürək qüsuru var. Hətta məlum oldu ki 12-13 yaşı olanda ona ürəyindən əməliyyat olunması təklif olunub.
3. Hörmətli baş katib, aşağı yaş qruplarına bir ildə müxtəlif ölkələrdən milli komandanın düşərgəsinə ayrı-ayrı vaxtlarda dəvət alan, 40-50 nəfər futbolçudan sonda əksəriyyətinin Avropa çempionatının seçmə mərhələlərində komandalarımızın tərkibində çıxış etməmələri nədən sizi maraqlandırmır? Axı bunların gəlib-getməsinə, qalmasına, yeyib-içməsinə kifayət qədər vəsait xərclənir.
4. İstər Mərdəkan qəsəbəsindəki yığma komandaların təlim-məşq bazası sayılan "Dalğa Arena"nın hotelində, istərsə də AFFA-nın inzibati binasının 5 addımlığındakı hoteldə, futbolçulara verilən qida rasionunun keyfiyyəti biabırçı vəziyyətdədir. Hər yemək zamanı futbolçuların başının üzəridə "nadzor” kimi dayanıb "bir tikə götürdün bəsdir, elə et yoldaşlarına da çatsın" deməkdən təngə gəlirsən. Futbolçuların "həkim, nə edək, yemək çatmır, indi olanı götürəcəklər bizə çatmayacaq?" sualı qarşısında, hər yemək zamanı gah stolun bir tərəfində oturanları, gah da stolun digər tərəfində oturan futbolçuları birinci yeməyə dəvət etməklə özünü aldatmaqla usanırsan. Vaxtı keçmiş şirniyyatların söz-söhbətini dəfələrlə mətbəx işçiləri, aidiyyatlı adamlarla müzakirə etsək də, sonda dedikləri bu olurdu ki, həkim, hələ sənə görə bu komandaya daha yaxşı diqqət yetiririk. Səndən başqa bütün yaş qrupunda səsin çıxaran həkim yoxdur, deyirdilər. Hamısı işini itirməkdən qorxur, siz tələb edirsiniz deyə, bizim şef də AFFA qarşısında məsələ qaldırır ki, Naib həkim yeməkdən narazılıq edir. Ona görə bir az yeməkləri artırır, çeşidləri çoxaldırıq.
Sonda mənim anladığım bu oldu ki, istər yemək, istər dərman, istərsə də komandaya dəvət olunan futbolçuların sağlıq durumu ilə əlaqəli söylədiyim fikirlər və tibbi avadanlıqlarla bağlı etdiyim etirazlar sən demə, Elxan Məmmədova çatdırılır. Tələbkarlığım Elxan Məmmədovun bostanına daş atmaq kimi yozulduğundan, etdiklərim baş katibin heç də ürəyindən deyilmiş. O da Qurban Qurbanovun milliyə gəlişi fürsətindən faydalanaraq, mənim yığma komandadan kənarlaşdırılmağıma nail oldu. Adını da qoyur ki, Qurban Qurbanov sənə qarşı haqsızlıq etdi. Hətta bu ifadəni iyun ayında AFFA-da 12 nəfərlə görüş zamanı ad çəkmədən Elxan Məmmədov bir daha dilinə gətirdi.
Mənə qarşı olan haqsızlığı anladım, bəs Qurbanovdan sonra məni işimə bərpa etməməyinin adı nədir? Axı dediyinə görə, mənim işimdən hamı, hər kəs, o cümlədən siz, baş katib Elxan Məmmədov 100% razısınız. Hər halda 6 il öz tibbi avadanlığımla sizin yığma komandalarınıza xidmət edib, müxtəlif ölkələri dolaşmışam. Yoxsa hesab edirsiniz ki, 3 il 7 ay aldığım 183 manat (3 ilə yaxın isə bu əmək haqqı 600 manat olub) aylıq əmək haqqı əcnəbi həkimlərin əli cibində aldığı on min dollardan daha dəyərli olub.
4. Topdansatış qiymətlə "Avromed"dən aldığınız dərman və sarğı materiallarının qiymətinin pərakəndə satışda olan dərman və sarğı materiallarının qiymətindən 2 dəfə baha olmasını nə ilə izah edə bilərsiniz?
5. İşlədiyim 6 ildən bir qədər də artıq müddətdə AFFA-da işləyən tibbi heyətin nümayəndələri ilə bir dəfə də olsun baş katib olaraq görüşməməyinizin səbəbini nə idi?
Məncə, bunun bir izahı var, siz heç vaxt nə məşqiçi, nə hakim, nə həkim, nə futbolçu, nə futbol mütəxəsisi olaraq bu millətin nümayəndələrinə önəm verməmisiniz. Belə isə açdığınız məşqiçi kurslarında verdiyiniz məşqçi kateqoriyaları kimə lazımdır? Sizin önəm verdiyiniz alkaş Xamenkolar, saatsaz Lippertlər 8 oyunda 1 xal toplayan Yurçeviçlər, Lixtenşteyinə 0:1 uduzan Obradoviçlər, bir də Mahaçqaladan bura dəvət edib milliləşdirdiyiniz futbolçulardır. Bunu sizin gördüyünüz işlər sübut edir. Belə isə soruşmaq istəyirəm: bəs siz özünüz kimsiniz, hansı millətin nümayəndəsisiniz? Bu millətə kinin, nifrətin kökündə nə durur? Bu millətdən nəyin və kimin intiqamın alırsınız?”
Oxşar Xəbərlər
Azərbaycanın futbol siyasəti niyə iflasa uğrayıb? - Ardıcıl məğlubiyyətlərimizin səbəbkarları kimlərdir…
"Belə ağıllıdırlarsa, buyurub özləri oynasınlar" - Deputat azarkeşləri TƏNQİD ETDİ
AFFA-nın gəlir və xərcləri məlum oldu
FİFA prezidenti azərbaycanlı məşqçinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…