“Zorakılığa məruz qalan qadınlara ayrılan vəsait üç dəfə çoxdur” –Hicran Hüseynova

“Zorakılığa məruz qalan qadınlara ayrılan vəsait üç dəfə çoxdur” –Hicran Hüseynova

 

"Azərbaycanda qadınlar çox zaman zorakılığa məruz qalmalarına göz yumurlar. Çünki onlar iqtisadi baxımdan kişidən asılıdırlar və buna görə də onlar boşandıqları təqdirdə tək qalacaqlarını və problemlərini həll edə bilməyəcəklərini düşünürlər”.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son” kampaniyasına həsr olunmuş "dəyirmi masa”da deyib.

O, Azərbaycanda sığınacaqların artırılmasının zəruri olduğunu bildirib: "Azərbaycanda sığınacaqların sayı artırılmalıdır. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq. Beynəlxalq təcrübə göstərir ki, sığınacaqlar təkcə dövlət qurumlarının yanında deyil, həm də bələdiyyə sistemlərinin nəzdində də yaranmalıdır. Bizim apardığımız araşdırmalar zamanı məlum oldu ki, zorakılığa məruz qalan qadınlara bundan sonra ayrılan vəsait üç dəfə çoxdur. Deməli, biz bununla da bəzi hallarda öz büdcəmizə zərər vururuq. Hesab edirəm ki, biz həm də profilaktik tədbirlərin aparılmasına vəsaitlər ayırmalıyıq və bunu gücləndirməliyik. Çünki belə olduğu halda zorakılıq hallarının qarşısı alınar”. (report)



Oxşar Xəbərlər

Xəbər lenti