27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Karantin rejiminin icrasına məsul olan polisin adekvat hərəkətlərini isə bəziləri qəbahət kimi təqdim edib, sosial mediada qaralama kampaniyası aparırlar. Belələri sanki düzünə qəsdən ictimai rəyi manipulyasiya etməyə, ölkədə qarışıqlıq salmağa hesablanmış ssenariyə hazırlıq görürlər.
Musavat.com bildirir ki, sosial mediada birtərəfli, azfraqmentli, neqativ videonu yayanlar pandemiya dönəmində həyatını riskə qoyaraq ölkədəki sabitliyi yüksək səviyyədə qoruyan, gecə-gündüz xalqına xidmət edən Azərbaycan polisinə qarşı namərd bir plana xidmət etdiklərinin fərqinə varmalıdırlar.
Azərbaycandakı sabitlik bir nemət olmaqla yanaşı, həm də Prezidentin, onun islahat komandasının böyük zəhməti və gərgin əməyi nəticəsində hasil olub.
Bunların üstündən keçərək paytaxtı və Azərbaycanı destablizasiya məntəqəsinə çevirmək cəhdlərinin qarşısında yenə də dövlətin əsas atributlarından biri olan polisimiz dayanacaq.
Azərbaycan polisi Amerika polisi kimi qaba, əzazil, amansız deyil. Bəsit bir hərəkətə, dərinin rənginə, irqinə görə adam öldürmür. Dövlət ona vəzifə tapşırıb, onu icra edir. Sizin üçün, bizim üçün, hər kəs üçün...
Karantin rejimini qorumaq milləti qorumaqdır, onu pozmaq sərhədləri pozmaqdır, hər kəsi riskə atmaqdır…
Azərbaycan polisi öz bayrağına və himninə sayğılı, vətəninə bağlıdır, vətəndaşlarımızın problemlərinə öz dərdi kimi can yandırandır. Təqdim etdiyimiz bu videolarda gördüyünüz kimi.
Bu videolara baxaq, paylaşaq və yayaq.
İndi bizim növbəmizdir - bizi, ölkəmizi, sabitliyimizi qoruyan polisimizi biz də qoruyaq. Sosial mediada, yazılarımızda, söhbət və mesajlarımızda... İmkan verməyək ki, sabitliyimizin qarantı olan bir qüvvəni yıpradıb, gözdən salıb, Azərbaycanı qarışdırmaq fürsəti əldə etsinlər.
Sozcu.info